"Vergi Qanunvericiliyi Toplusu 2012"-dən seçmələr

ƏDV ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olması üçün hansı mütləq şərtlər gözlənilir?

  • PDF faylını al

Vergi məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Ardını oxu...

Hansı malları gömrükdən rüsüm ödəməməklə keçirmək olar?

  • PDF faylını al

Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydalarına əsasən,  fiziki şəxslər tərəfindən yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər.

Ardını oxu...

Məcburi auditdən yayınmağa görə təşkilatları nə qədər cərimə gözləyir?

  • PDF faylını al

 

   

 İnzibati Xətalar Məcəlləsindən 247-3-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda,

Ardını oxu...

Notariat hərəkətlərinin aparılmasına görə hansı hallarda dövlət rüsumu ÖDƏNİLMİR?

  • PDF faylını al

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanuna əsasən,  Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ÖDƏNİLMİR:
•    doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
•    təminatlı kreditorun iştirakçısı olduğu girov müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə —təminatlı kreditor və əmlak inzibatçısı;
•    mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə — birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, qaçqınlar və məcburi köçkünlər;
•    Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notarial hərəkətləri üzrə — ≪Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında≫ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;
•    pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.

Vergi işçisinin biznesinin olmasına icazə verilir?

  • PDF faylını al

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Vergi işçisinin etik davranış Kodeksinə əsasən, vergi işçisi qanunvericiliklə icazə verilən sahələrdən başqa heç bir sahədə sahibkarlıq fəaliyyətlə məşğul ola bilməzlər. 

Ardını oxu...