Nəşrlər

Mühasibat uçotu

  • PDF faylını al

“Monitor Konsaltinq Servis”  MMC muhasib həmkarlarimizin ehtiyacini, təşkilatimiza etdikləri çoxsaylı müraciətləri nəzərə alaraq gərəkli bir kitabi – MUHASIBAT UÇOTU kitabini nəşr edib.

Ardını oxu...

“Əmək Münasibətləri: A-dan Z-yə”

  • PDF faylını al

“Monitor Konsaltinq Servis” MMC kitabını təkmilləşdirilmə aparmaqla təkrar nəşrini həyata keçirib. Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatların doldurulması ilə bağlı ətraflı məlumat verilib. Kitabın satış qiyməti 20 AZN olub və satış yekunlaşıb.

Vergi Məcəlləsi 2010

  • PDF faylını al

2010-cu ilin Yanvar ayından satışda olan «Vergi Məcəlləsi 2010» kitabında ən son əlavə və dəyişikliklərdən sonrakı Vergi Məcəlləsi əksini tapıb. Üstəlik, kitabda təşkilatımızın ekspertləri tərəfindən son əlavə və dəyişikliklərin anlaşıqlı və sadə dildə geniş şərhi verilib. Kitaba əlavə olunmuş CD-də isə vergi qanunvericiliyinə aid 100-dən çox sənəd yerləşdirilib. Kitabın qiyməti 10 AZN olub və satış yekunlaşıb.

“Əmək Qanunvericiliyi Toplusu 2009”

  • PDF faylını al

Təşkilat 2009-cu ilin avqust ayında “Əmək Qanunvericiliyi Toplusu 2009” kitabi nəşr etdirib. Kitabda son dəyişiklik nəzərə almaqla Əmək Məcəlləsi, əmək qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, AR Qanunları, Prezident Fərmanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sənədləri öz əksini tapıb. Kitaba əlavə olunmuş CD isə həmin qanunvericiliyi elektron formada əldə etmək imkanı verir. Kitabın qiyməti 10 AZN olub və satış yekunlaşıb.

“Vergi Qanunvericiliyi Toplusu 2009”

  • PDF faylını al

 

“Vergi Qanunvericiliyi Toplusu 2009” kitabı təşkilatımızın ilk buraxılışıdır. 2009-cu ilin mart ayında dərc olunan kitab vergi sektoru ilə bağlı son məlumatları özündə əks etdirir. Kitaba əlavə olunmuş CD isə həmin qanunvericiliyi elektron formada əldə etmək imkanı verir. Bundan əlavə, Elektron əmək haqqı kalkulyatorunun vasitəsi ilə əmək haqqından tutulan icbari ödənişlər haqqında təfərrüatlı məlumat əldə etmək olar. Kitabın qiyməti 10 AZN olub və satış yekunlaşıb.