Nəşrlər

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı almaq istəyənlər üçün

  • PDF faylını al

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. Ənənəmizə sadiq qalaraq bu nəşrimizdə də vergi ödəyicilərinin gündəlik iş həyatlarında rasltlaşdıqları halları misallar üzərində şərh etməyə çalışmışıq. Kitabda ƏDV anlayışına aydınlıq gətirilib, müxtəlif əməliyyatlar zamanı onun hesablanması, əvəzləşdirilməsi qaydası, vaxtı, vergitutma yeri, dövrü, vergi bəyannaməsinin doldurulması qaydası, müxtəlif formalar, ƏDV-nin vaxtında, ödənilməməsinə, az ödənilməsinə görə tətbiq olunan maliyyə sanksiyaları barədə ətraflı məlumat verilib.

Ardını oxu...

"Vergi Məcəlləsi - 2013" kitabı + CD

  • PDF faylını al

Kitabı əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

1) Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

2) Prezidentin fərmanı ilə əlavə və düzəliş edilən 131 bəndin ayrı-ayrıca izahı;

3) Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;



Ardını oxu...

Mühasibat uçotu - İkinci nəşr

  • PDF faylını al

“Monitor Konsaltinq Servis” MMC  oxucuların təşkilatımıza olan çox saylı müraciətləri nəzərə alaraq “Mühasibat uçotu” kitabını iyun ayında yenidən satışa çıxardıb.

Ardını oxu...

“Əmək Münasibətləri: A-dan Z-yə” yenidən işlənmiş ücünçü nəşri satışda!

  • PDF faylını al

“Əmək Münasibətləri: A-dan Z-yə” kitabının yenidən işlənmiş ücünçü nəşri satışdadır.  Qeyd etmək istəyirik ki, bu nəşrdə “Əmək Müqaviləsi”, “Əmək Kitabçası”, “Sosial Sığorta Şəhadətnaməsi”, “Əmək haqqı”, “Əmək haqqından güzəştlər”,  “Məzuniyyətlər”, “Sosial məzuniyyətlər və müavinətlər” və “Hesabatlar” bölməsi ilə yanaşı yeni fəsillər əlavə edilib.  Belə ki, kitabın yenidən işlənmiş üçüncü nəşrində “Çalışmanın yaş həddi”, “Müavinətlərin yeni qayda ilə hesablanması və rəsmiləşdirilməsi”, “Dövlət Əmək Müfəttişliyi Xidmətinin yoxlamaları”, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta » adlı fəsillər əlavə olunub. Eyni zamanda, bəzi fəsillərdəki hesablamalar (məsələn, sosial məzuniyyətlərlə bağlı) yenidən aparılıb, vəsait əlavə nümunəvi formalarla zənginləşdirilib.

Ardını oxu...

Vergi Qanunvericiliyi Toplusu -2012

  • PDF faylını al

“Monitor Konsaltinq Servis” MMC  “Vergi Qanunvericiliyi Toplusu -2012” kitabı nəşr edib. 530 səhifəlik və qalın üzlü nəşrdə Vergi Məcəlləsi ilə yanaşı vergi ödəyicilərinin vergi-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan ən mühüm qanunvericlik aktları - Azərbaycan Respublikasının Qanunları, Prezidentin fərmanları, Konstitusiya Məhkəməsinin qərarları, Nazirlər Kabinetinin qərar və qaydaları, Vergilər Nazirliyinin sənədləri, digər normativ-hüquqi aktlar və faydalı məlumatlar yerləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan bütün vergi sənədlərini bir kitabda yerləşdirməklə onlara peşəkar dəstək verməkdir.

 

Ardını oxu...