Psixoloq cavablandırır

“MK”-NIN AMERİKALI PSİXOLOQU SUSAN MCANİCH QOCALARA NECƏ DƏSTƏK OLMAQ BARƏDƏ MƏSLƏHƏTLƏRİNİ VERİR

  • PDF faylını al

Qocalıqda depressiya, stress, ölüm qorxusu…
 
Sual: - Ölkəmizdə cinsindən asılı olmayaraq əksər insanlar 60 yaşdan sonra özlərini çox yaşlı hiss edirlər. Həmin yaşlarda adətən yaşamaq eşqi azalır və insanlar ölüm haqqında daha çox düşünməyə başlayırlar. Sualım belədir ki, bu məsələdə Amerikada vəziyyət necədir? Övlad kimi biz nə etməliyik ki, valideynlərimizdə yaşamaq eşqini gücləndirək?
Tural
 
- Sizin bu dəyərləndirmənizə üzülürəm, lakin təəccüblənmirəm ki, Azərbaycanda altmış yaşdan çox olanlar özlərini qoca hiss edir, həyata olan maraqlarını itirir və daha çox ölüm haqqında düşünürlər. Yaşadıqlarımız, şəxsiyyətimiz və digər amillərin nəticəsində hər birimizdə dünya ilə bağlı bir sıra fikirlər formalaşır. Bunun əsasında bizdə formalaşan dünyagörü müsbət və optimist ruhlu, yaxud da mənfi və pessimist ruhlu olur. Bu hal uzun müddət sabit qalır və dəyişmir. Bu baxımdan gözümün önünə azərbaycanlılıarın müstəqillikdən öncə yaşadıqları çətinliklər, eləcə də vətəndaş müharibəsi və etnik savaşların təsirləri gəlir. Əminliklə deyə bilərəm ki, yaşı altmış və daha yuxarı olan insanlarda pessimist dünyagörüşünün formalaşmasının müəyyən bir səbəbi var. Bu səbəb onlar yaşlandıqca təsirini davam etdirir. Yadıma 1930-cu illərin Böyük Depressiyası dövründə Amerikanın vəziyyəti barədə oxuduqlarım düşür. Bu elə bir vaxt idi ki, bir çox insan hər şeyini itirmişdi və öz ailəsini dolandıra, mənzillə təmin edə bilmirdi. Böyük Depressiyanı yaşamış bəzi insanlar bir daha optimist olub, həyatdan zövq ala bilmədilər və həyatlarının qalan hissəsini narahat şəkildə, pessimist ruhda keçirdilər.
Onlardan fərqli olaraq bügünkü amerikalılar əvvəlki nəsillərin heç vaxt görmədikləri “qızıl illərin” kefini çəkirlər. Bu demoqrafik dəyişikliyin sayəsində mümkün olub. Getdikcə yaşlaşan insanlar Amerika cəmiyyətində (eləcə də dünyada) ən sürətlə artan əhali qrupunu təmsil edirlər. Proqnoza görə, 2050-ci ilə kimi Amerikalıların 40 faizinin yaşı 50-dən yuxarı olacaq.  Bu o deməkdir ki, tarixdə ilk dəfə yaşlı vətəndaşların sayı uşaqların və gənclərin sayını üstələyəcək. Həmçinin, bugünkü yaşlı insanlar əvvəlkilərdən daha zəngindirlər: 65 - 69 yaş qrupunda olan insanların təxminən 25 faizi toplam 250 milyon və ya daha çox sərvətə malikdirlər. Bu say və sərvət özündə güc ehtiva edir. Ona görə də dövlət orqanları və bizneslər yaşlanan əhali təbəqəsinin ehtiyac və qayğılarını təmin etməyə çalışırlar. 
 
Daha yaşlı insanların fərdi və yaxud qrup halında üzləşdikləri problemlər heç də keçmişdə olan yaşlı insanarın üzləşdikləri problemlərdən kəskin surətdə fərqlənmir. Sağlamlıq, maliyyə təminatı, gənc nəsil tərəfindən başa düşülmək və yaxud onlar üçün yük olmamaq əsas qayğılardandır. Lakin bugünkü yaşlı nəslin nümayəndələrində əvvəlki nəslin qocalarında olmayan özünə əminlik hissi var. Onlar bekar oturmur, bir-birlərilə ünsiyyət qurur, ölkədəki və dünyadakı siyasəti müzakirə edirlər. Eyni zamanda, belə insanlar səhiyyə təşkilatlarından və maliyyə qurumlarından özlərinə qarşı diqqət tələb edirlər. Şəxsi müstəvidə isə, onlar pullarından istifadə edərək fəal olmağa çalışırlar: tətilə gedir, yeni vərdişləri sınayır, idmanla məşğul olur, təhsillərini davam etdirir, könülllü işlərlə məşğul olurlar və sairə.

Ardını oxu...

Amerikalı psixoloq uğurlu evliliyin yollarını göstərir

  • PDF faylını al

Həyat yoldaşınızla bütün sirrləri bölüşməyə dəyərmi?
 
 
- Salam. Sizin cavablarınızı daim izləyirəm və öz həyatımda bunlardan istifadə edirəm. Buna görə Sizə minnətdaram. Sualım isə ondan ibarətdir ki, gənc ailədə xöşbəxtliyi təmi etmək üçün nələri etmək və ya etməmək məqsədəuyğundur? Misal üçün, kişi bütün sirlərini xanımı ilə bölüşdürməlidir?
 
Orxan Quliyev
 
Orxan, mən də sənin suallarını alqışlayıram və xoşbəxt bir evliliyin yaradılmasına və davam etdirilməsinə olan marağını təqdir edirəm. Tamamilə haqlısan ki, heç də evliliyin uğurlu olmasını taleyin öhdəsinə buraxmaq olmaz. İcazə ver, sənə 40 il evil olan 250 amerikan cütlük arasında keçirilən sorğunun nəticələrindən danışım. Bu sorğuda onlardan uzun və uğurlu evliliyin sirləri barədə soruşmuşdular. Daha sonra mən sənin soruşduğun digər növ sirrə - yəni sirr saxlamağa -  qayıdacam.

Ardını oxu...

“MK”-nın amerikalı psixoloqu vergi yoxlamaları zamanı müffəttişlərlə necə münasibət qurmağın yolunu göstərir

  • PDF faylını al

- Hazırda təşkilatda mühasib vəzifəsində çalışıram. Azərbaycanda vergi yoxlamaların səyyar metodu var. Bu zaman vergi müfəttişləri ofisə gələrək sənədləri tələb edirlər.  Sualım ondan ibarətdir ki, yoxlayıcı şəxslərlə münasibəti necə qurmalıyam? Onlarla rəsmi və ya qeyri-rəsmi münasibət qurmalıyam? Və ya özümü həddən artıq savadlı və sadəlövh aparmalıyam?

Ardını oxu...

Amerikalı psixoloq rəhbərin gözünə necə girməyin yollarını göstərir

  • PDF faylını al

Sual: Bu yaxınlarda jurnalınızda müdirlə münasibəti necə qurmaq barədə yazı oxudum. Susan xanımın yazılarını həmişə maraqla oxuyub öz  gündəlik həyatımda tətbiq edirəm. Ona görə mənə maraqlı gəldi ki, müdirlə ünsiyyət necə qurulması ilə bağlı Susan xanımın hansı məsləhətləri var.

Ardını oxu...

Valideynlər üçün ən ciddi məsələ: Futbola marağı olan övladın təhsil problemi

  • PDF faylını al

 

Sual: Oğlumun futbol izləməyə oynamağa böyük marağı var. Əlbəttə bu idman növünün sağlamlığa müsbət təsiri ilə yanaşı, mənfi təsirləri var. Belə ki, o, təhsilinə daha az maraq göstərir dərsləri ilə daha az məşğul olur. Oğlumu futboldan uzaq­laşdırmaq cəhdlərimin onun psixologiyasına pis təsir etdiyini başa düşürəm. Sizcə, mən oğlumun psixologiyasına ziyan vurmadan onu futboldan ayırmaq üçün onunla hansı formada danışmalıyam?

Qorxmaz Məmmədov

Cavab: Sualınıza görə təşəkkür edirəm. Bu kimi məsələlər bir çox valideynləri narahat edir. Başa düşürəm ki, oğlunuza onun idmana olan sağlam marağına həssas yanaşırsınız. Bununla belə təhsilin onun üçün daha vacib olduğu fikrini unutmursunuz. Məktəb onunişidir”. Sualınızdan belə qənaətə gəlmək olar ki, siz onun futboldan uzaqlaşıb daha çox təhsil sahəsində uğur qazanmasını istəyirsiniz. Sizin tərəfinizdən belə bir münasibətin oğlunuz üçün arzuolunmazlığını anlayıram hesab etmirəm ki, təhsil sahəsində uğur qazanmaq üçün futboldan imtina etmək lazımdır. Əgər hər ikiniz ( bütün ailə üzvləriniz) oğlunuzun futbolla maraqlanmaq oynamaq həvəsini eyni zamanda da təhsilini davam etdirməsini dəstəkləyə biləcək çıxış yolu tapa bilsəniz, bu zaman o, hər ikisi ilə məşğul ola bilər. Beləliklə, siz onun dərsdənkənar sağlam fəaliyyətlərə olan marağını özünəinamını artıra bilərsiniz.

Bəs, siz bu məqsədə necə nail ola bilərsiniz? Ünsiyyət həmişə münasibətlərdə mühüm rol oynayır. Sizin hazırda oğlunuzlafutbol, yoxsa təhsilmövzusunda aparacağınız müzakirənin gələcəkdə toqquşan maraqların seçimi ilə qarşı-qarşıya qaldığı zamanlarda ona böyük faydası olacaq.

Əksər ailələrdə ailə üzvlərinin fikirlərinin nəzərə alınması üçün ailə müzakirələri təşkil edilir ki, bu zaman qərar planlar birgə qəbul edilir, problemlər birgə həll olunur. Bu kimi ailə müzakirələri ailə üzvlərinin eyni məqsəd uğrunda çalışmalarını əngəlliyə biləcək mübahisəli məsələlərin öhdəsindən gəlməyə yardım edir. Sizin vəziyyətinizdə isə, bu kimi ailə müzakirələri nəticə etibarilə oğlunuzun həm futbolla, həm dərsləri ilə məşğul olmasına şərait yaradacaq.

Bununla belə əksər ailələrdə heç demokratik mühit olmur bir çox mədəniyyətlərdə gənc məktəbli uşaqların valideynləri ən vacib söz sahibi şəxslərdir. Oğlunuzla danışmazdan əvvəl ondan gözlədiyinizi aydın şəkildə müəyyənləşdirin. Sonra, sizin köməkliyiniz ilə bu gözləntiləri necə qarşılaya biləcəyini onunla birlikdə müzakirə edin. Vacibdir ki, hamı oğlunuz üçün təhsilinin vacib prioritet olmasını qəbul etsin.

Siz onun təhsili üçün əlinizdən gələni etməlisiniz. Futbol oynamaq azarkeşlik etmək avtomobil sürmək, şənliklərə getmək, televizora baxmaq kimi sağlam bir vərdişdir əgər oğlunuz qarşılıqlı şəkildə razılaşdırdığınız təhsil digər məsələlərlə bağlı məqsədlərə nail olmağa çalışmasa, siz onu bu imkanlardan məhrum edə bilərsiniz. Belə bir yanaşmanı tətbiq etməklə siz məsuliyyəti lazımı insana, yəni oğlunuza yönəldə biləcəksiniz. Bu, həm onu göstərəcək ki, siz əslində onun tərəfindəsiniz. Hiss edəcək ki, siz ona kömək etmək istəyirsiniz. Bu işdə ona dəstək olun ki, sayənizdə çətinliklərin öhdəsindən gələcəyini hiss eləsin. Nəzərə alın ki, bu hər hansı birtest yaxud da cəza deyil, anlaşmalarda rast gəlinən səbəb nəticə əlaqəsidir. Beləliklə, gözləntilər onlar nəticələri aydınlaşandan sonra siz artıq birlikdə konkret fəaliyyət planını işlənib hazırlanmasını müzakirə edə bu işdə tərəflər üzərinə düşən vəzifələri müəyyənləşdirə bilərsiniz. Planlarınızı yazılı şəkildə tərtib edin.

Məncə siz artıq bu vəziyyətdə olan çətinliyi görə bilirsiniz. Bu çətinlik oğlunuz ilə bağlı deyil, sizin üzərinizə bir valideyn kimi düşən çətinlikdir. Gözləntiləri onlara əməl etməklə əldə olunan nəticələri müəyyənləşdirmək ağır işdir. Bir çoxlarımız üçün bu gözləntilərə əməl edib sonunda gözlənilən nəticələr nail olmaq daha da çətindir. Oğlunuzun bu məsələdə səy göstərib-göstərməməsindən asılı olmayaraq, sizin onu futbol oynamaqdan yaxud da azarkeşlikdən məhrum etməyiniz oğlunuz kimi sizin üçün ağrılı olacaq. Təbii ki, siz belə bir şeyin baş verməsini istəmirsiniz. Oğlunuz üçün təhsili ilə bağlı məqsədlər müəyyənləşdirərkən real olmağa çalışın. Əgər o, əlaçı deyilsə, bu zaman onun ev tapşırıqlarını vaxtında yerinə yetirməsi orta qiymətlərini qoruyub saxlaması ilə kifayətlənməyiniz doğru olardı. Bu məsələdə, lazım gələrsə, oğlunuzun müəllimlərinin ya məşqçilərinin köməyindən istifadə edə bilərsiniz. Bu strategiya idmanı sevən şagirdlərə böyük stimul verir. Eyni zamanda, məktəbi şagirdlərə bilik verməyə onları başqa şəkildə dəstəkləməyə həvəsləndirir. Uğurlar!