Psixoloq cavablandırır

İşçi yeni iş yerində özünü aparmalıdır ki, hörmət qazana bilsin?

  • PDF faylını al

Sual: Həmayət xanım isə öyrənmək istəyir ki, yeni işə düzəlmiş insan, işdə özünü necə aparmalıdırki bu nə artıq görsənsin, nədə buna görə hörmətdən düşməsin?

Cavab: Həmayət xanım, gözəl suala görə təşəkkür edirəm. Əgər sən bu məsələ ətrafında fikirləşməyə başlamısansa, bu o deməkdir ki, digər işçilərdən artıq bir addım irəlidəsən. Öz iş yoldaşlarına nəyə qadir olduğunu göstərməksındən asılıdır. Əgər söhbət məsələyə sırf işgüzarlıq baxımdan yanaşmaqdan gedirsə, onda iş yoldaşlarının hörmətinin qazanmağın ən yaxşı yolu işin yüksək səviyyədə yerinə yetirilməsidir. Amma işə təzə başyalan dövrdə bir müddət həyəcan keçirmək, bəzi bilikləri, işə aid müəyyən detalları unutmaq (hətta vanna otağını tapa bilməmək belə) normal hadisədir. Bu tip situasiyalarda səmimi olmaq lazımdır. Əgər nəyisə unut musunuzsa, bunu iş yoldaşlarından soruşmağa çəkinməyin. İşini lazımı səviyyədə görməklə iş yoldaşlarının hörmətini qazan maqdan əlavə, digər məsələlər də var ki, bu, prosesə öz təsirini göstərə bilər. Ən vacib məsələlərdən biri ilk təəssüratdir. Bunu bəzən “ilk təəssürat, son təəssürat” da adlandırılar. İşçilərin adlarını tez öyrənin, suallar verin, təşəbbüskar olun və s.

Ardını oxu...

Amerikalılarar tənqid etməyi niyə xoşlamırlar yoxsa biz tənqid etməyi bacarmiriq?

  • PDF faylını al

Sual: Tural Məmmədovu isə maraqlandıran odur ki, niyə amerikanlar tənqid etməyi xoşlamırlar. Misal üçün, dostunun aldığı hər hansı geyim ona yaraşmasa da, tərifləyirlər. Ümumiyyətlə, konstruktiv tənqid necə olmalıdır ki, qarşı tərəf bundan inciməsin?

Cavab: Mənim digər mədəniyyət lərdə tənqidin yeri və ondan necə istifadə edilməsi barədə geniş məlumatım yoxdur. Amma inanı ram ki, amerikanlardan başqa da qeyri-həssas və düşüncəsiz olanlar var.

Ardını oxu...