Psixoloq cavablandırır

Amerikalılar niyə övladlarını 18 yaşında sərbəst həyata atırlar yoxsa biz səhv edirik?

  • PDF faylını al

Sual: Oxucumuz Kəmalə xanım bildirir ki, Amerikada olmasa da, kinolarda müşahidə edib ki, bu ölkədə uşaqlar orta məktəbi bitirdikdən
sonra ailədən ayrılırlar. Kəmalə xanım üçün maraqlıdır ki, uşağını sərbəst həyata belə tez buraxmaqda ailənin məqsədi nədir?

Ardını oxu...

Özünəinamı necə qazanmaq olar?

  • PDF faylını al

Sual: Mahmud Məmmədovun problemi ondan ibarətdir ki, böyük işlərə başlamaq istəsə də, işin uzun çəkəcəyi ehtimalı onun əlini işdən soyudur. Ümumiyyətlə, böyük işlərə başlamaq üçün insan necə hazırlaşmalıdır?

Cavab:  Mahmud, bu çox genişcavab tələb edən sualdır. Sualını oxuyan kimi yadıma ideyalararının reallaşması uçun vaxt tələb olunan məşhur ixtiraçılar düşdü. Məsələn, elektrik lampasını kəşf etmiş Tomas Edison və yaxud da telefonu ixtira edən Aleksandr Qraham Bell. Onlar ideyalarını reallaşdıran zaman təkcə uzun illərin uğursuzluqları ilə üzləşməyiblər, həm də cəmiyyət tərəfindən axmaq kimi qəbul ediliblər. Qaliley deyirdi ki, yer kürə formasındadır və fırlanır. Onun bu fikrinin dinə zidd olduğunu iddia edənlər böyük alimi ömrünün son günlərində ev dustağı etmişdilər. XIX əsrin ortalarında macarıstanlı həkim İqnaz Semmelveys tibb sahəsində çalışanları inandıra bilmirdi ki, sadəcə əl yumaqla doğuş zamanı ana ölümünün sayını kəskin şəkildə azaltmaq olar. Bir Allah bilir ki, bu insanlar öz fikirlərini

Ardını oxu...

Vaxtdan maksimum səmərəli istifadə etmək üçün vacib 3 məsələ nədir?

  • PDF faylını al

- Oxucumuz Rəcəbin problemi vaxt planlaşdırılması ilə bağlıdır. Insan gün ərzində görəciyi işləri necə planlaaşdırmalıdır ki, tez və yorulmadan həyata keçirə bilsin.

- Rəcəb, belə başa düşdüm ki, sənin böyük çevrən var. Mənim ölkəmdə vaxtın idarəedilməsi mövzusunda çoxlu sayda kitablar yazılıb. Bilmirəm sənin bu kitabları oxumaq imkanın var, yoxsa yox. Ümid edirəm ki, bu mövzuda bəzi yaxşı kitablar oxumusan. Mən böyük məmnuniyyətlə verdiyin sualla bağlı bir neçə fikrimi çatdırmaq istəyirəm. İlk öncə, çalış yaxşı yatasan! Yaxşı işləmək üçün enerji lazımdır, enerji üçün isə yatmaq tələb olunur. Bundan başqa, enerjini yaxşı qidalanma və idmanla da qazanmaq olar. Ona görə də heç vaxt bu üç şeyin vacibliyini unutma: yuxu, sağlam qida və idman. İkinicisi isə, çalış səni yorğun hiss elətdirən, gördüyün işi tamamlamağa mane olan problemləri müəyyənləşdir. Bəlkə evdəki xoşagəlməz mühitin gətirdiyi stress sənə işinə diqqət ayırmağa mane olur? Ya da ola bilər ki, işdə çalışdığın otaq, stolun üstü səliqəsiz vəziyyətdədir və bu da sənin daha səmərəli çalışmağına əngəl yaradır. Sənin diqqətini asanlıqla yayındırmaq mümkündür? Sən sakit bir mühitdə işləmək istəyirsən? Daha səmərəli işləmək üçün işdə və işdənkənar vaxtını necə keçirdiyinə diqqət yetir. Sən boş-boşuna sərf etdiyin vaxtı müəyyən elə, köhnə vərdişlərdən uzaqlaş.

Ardını oxu...

Dosta səhvlərini onun xətrinə dəymədən çatdırmaq barədə: “Sendviç” üsulundan istifadə et”

  • PDF faylını al

- Leyla xanım bildirir ki, onunla bir müəssisədə işləyən rəfiqəsi Ülkər həmişə hesablamalarda məsuliyyətsizlik edir. Buna baxmayaraq Leyla xanım Ülkərin savadlı və o öz səhvlərini düzəltmək iqtidarında olduğunu da vurğulayır. Leyla xanım məsləhət istəyir:Ülkərlə necə söhbət edim ki, xətrinə dəymədən ona bu çatışmazlığını aradan qaldırmaqda yardım göstərim.

Ardını oxu...

Uğursuzluq barədə: “Qorxunu üstələmək üçün onu başa düşmək lazımdır”

  • PDF faylını al


- Oxucumuz Rövşən Rəhimov bildirir ki, bir iş görərkən hər zaman onun alınmayacağıı haqda düşünürək narahatçılıq yaşayıram. Bu hiss məni tərk etmir. Necə edə bilərəm ki, hansısa işimin alınmaması məni incitməsin?

- Rövşən, sənin sualından həyəcan və qorxu duyulur və bu məni narahat edir. Sualından onu da sezmək olur ki, sən həmin qorxu və həyəcanın bu mənfi təsirinin qarşısını almaq istəyirsən. Qorxu sağlam emosiyadır və bizi təhlükələrdən xəbərdar edir. Amma o, həm də lazımsız hallarda meydana çıxır ki, bizi vacib işləri görməkdən çəkindirir. Uğursuzluq qorxusu ikinci kateqoriyaya aiddir. Bu zaman biz həyatımızın yaxşılaşdırılmasına xidmət edə biləcək sağlam risklərə getməkdən çəkinirik. Sən xarakter etibarilə ehtiyatlı adam olsan da belə, bilirsən ki, cəhdlərin uğursuzluğa uğraması yaxşı hal deyil. Sənin üçün hər hansı bir cəhdinin nə vaxtsa alınmaması əslində təhlükəlidir. Amma, yaxşı haldır ki, sən bu köhnə fərziyyənin öhdəsindən gəlməyə çalışırsan. Mən burda yalnız onu əlavə etmək istəyirəm ki, bu qorxunu özün aşıladığın kimi, özün də xarakterindən kənarlaşdıra bilərsən.
Səni narahat edən qorxunu üstələmək üçün, ilk öncə onu başa düşmək lazımdır. Cəhdlərinin uğursuz alınmasının sənin üçün nə demək olduğunu bir yerə yaz. Əgər sən düşünürsən ki, bu sənin həyatının alt-üst olmağı deməkdir, bu zaman bunu daha da konkretləşdirməyə çalış. Məsələn, sən bunun nəticəsində reputasiyanımı itirəcəksən, yoxsa, öz sevdiklərinimi məyus edəcəksən? Və yaxud da sən hesab edirsən ki, əgər sənin cəhdin uğursuz alınırsa, bu sənin uğursuz adam olmağın deməkdir? Səni qorxu altında saxlayan bu tipli bütün mesajları aydınlaşdırmaq lazımdır. Keçmişdə baş vermiş arzuolunmaz hadisələrdən (məsələn, psixoloji travma, itki, və sair) və digər insanlardan aldığın mənfi mesajlar indiki vəziyyətin ilə bağlı düşüncələrinə təsir göstərir. Və bütün bunlar insanın uğursuzluqdan qorxmasına gətirib çıxarır. Unutma ki, keçmişdə olan bu kimi hadisələrin indi heç nəyə heç bir dəxli yoxdur. Uğursuzluq məsələsinə başqa bir perspektivdən baxaq. Sənə kömək göstərmək üçün bəzi fikirlərimi bölüşmək istəyirəm.

Ardını oxu...