Psixoloq cavablandırır

23 yaşında qızın köməklik istəyinə "MK"nın eksperti Susan McAninch dəstək olur

  • PDF faylını al

"23 yaşım var, valideynlərim ailə qurmağı tələb edirlər. Ailə qurmaq istəmirəm, üstəlik valideynlərimin məsləhət gördüyü şəxslə heç istəmirəm. Bu qərarımı anama bildirsəm də, atam onu ciddi narazılıqla qarşıladı. Atam bu evliyiyin baş tutmamasının onun iş karyerasına mənfi təsir edəcəyini söyləyir. Deyir ki, əgər razı olmasam, məni övladlıqdan çıxacaq və ömrü boyu mənimlə danışmayacaq."

Sual: Salam  Susan xanım.  Xahiş edirəm ki, mənə də bir çətin məsələdə dəstək olasınız.   Mənim düşdüyüm sitatusiyaya bəlkə də Sizin yaşadığınız ölkədə rast gəlinmir. 23 yaşım var, valideynlərim ailə qurmağı tələb edirlər. Ailə qurmaq istəmirəm, üstəlik valideynlərimin məsləhət gördüyü şəxslə heç istəmirəm. Bu qərarımı anama bildirsəm də, atam onu ciddi narazılıqla qarşıladı. Atam bu evliyiyin baş tutmamasının onun iş karyerasına mənfi təsir edəcəyini söyləyir. Deyir ki, əgər razı olmasam, məni övladlıqdan çıxacaq və ömrü boyu mənimlə danışmayacaq. Məni böyüdüb başa çatdıran valideynlərimlə münasibətlərimi korlamaq istəmirəm. Düşünürəm ki, bu addımı atsam, sonradan vicdan əzabı cəkəcəm. Çox xahiş edirəm ki, mənə düzgün yol göstərəsiniz.

Gülnarə İsayeva

Ardını oxu...

Bəd xəbəri doğmalara necə çatdırmaq olar

  • PDF faylını al

MK”nın PSİXOLOQU: “HƏQİQƏTI SEVDİYİMİZ İNSANLARDAN GİZLİ SAXLAMAQLA, DOĞRUDANMI BIZ ONLARI ƏZAB ÇƏKMƏKDƏN QORUYURUQ

Sual: Bu yaxınlarda məlum oldu ki, diş həkiminin məsuliyyətsizliyi ucbatından Hepatit C virusuna yoluxmuşam. İndiyə qədər hər şeyi həyat yoldaşımla bölüşməyə üstünlük vermişəm. Artıq  10 gündən atrıqdır ki, bu məsələni həyat yoldaşıma deməyə cəsarətim çatmayıb.  Bilirəm ki, bu xəbəri ona bildirsəm, ki, güclü stress gecirəcək.  Zəhmət olmasa, mənə məsləhət verin, nə etməliyəm? Əgər məsləhət görürsünüzsə ki, hər şeyi həyat yoldaşıma deyim, onda bunun yolunu da göstərin?
Orxan Məmmədov
Cavab: Sizin probleminizə səmimi qəlbdən üzüldüm. Hepatit C çox ciddi xəstəlikdir. Ancaq ruhdan düşməyin, son illərdə bu xəstəliyin müalicəsi ilə bağlı ciddi nailiyyətlər əldə olunub. Bu xəbəri gizlətmənizin dəqiq səbəbləri mənə bəlli olmasa da, bu diaqnozu ailəniz və yaxınlarınız ilə paylaşmaqda çəkdiyiniz çətinlikləri və narahatlığı başa düşürəm. Həyatın üzərində nəzarətin sənin əlindən çıxdığını görmək və özünü bu qədər çarəsiz hesab etmək çox çətindir. Mən belə başa düşdüm ki, siz onları bu yeni stressin ağırlığı ilə yükləmək istəmirsiniz. Bəlkə də qorxursunuz ki, bu xəbər onları o qədər üzəcək ki, siz onların qayğısına qalmaq məcburiyyətində olacaqsınız, halbuki indi özünüzü zəif hiss edir və həmişəkindən daha çox qayğıya ehtiyacınızın olduğunu düşünürsünüz. Bəlkə də sizi, ən çox narahat edən bundan sonra ailənizin qeydinə qalmaq imkanınızın olmamasıdr. Səbəbiniz nə olursa olsun, onlar doğrudur və buna haqq qazandırmaq olar. Sizin suallınızı oxuduqda belə hiss etdim ki, bu xəbəri onlarla bölüşmək istəyirsiniz. İnanıram ki, onlara həqiqəti demək istəyirsiniz, amma bunu necə edəcəyinizi bilmirsiniz.  
Bəzi insanlar belə hesab edirlər ki, həqiqəti sevdiyimiz insanlardan gizli saxlamaqla, biz onları əzab çəkməkdən qoruyuruq. Xırda istisnalar olmaqla mən bu fikirlə razılaşmıram. Sadəcə, ona görə ki, bəzən bizim təsəvvürlərimiz reallıqdan daha qorxunc olur. Digər tərəfdən mən hesab edirəm ki, doğma insanlarımız, bu xəbərin öhdəsindən gəlmək, bizə qayğı və dəstək göstərmək üçün onlara şans verməyimizə layiqdirlər.
Mənim cavabım dərc olunana qədər, bəlkə də siz ailənizə xəstəliyiniz ilə bağlı həqiqəti demiş olacaqsınız. Əgər belədirsə, mən ümid edirəm ki, etiraf etdikdən sonra siz qəlbinizdə böyük bir yüngüllük hiss edirsiniz. Ümid edirəm ki, ailəniz sizə sevgi və qayğı ilə yanaşır. Amma əgər bunu hələ də etməmisinizsə, sizə tibbi və ya hüquqi məsələlərlə bağlı kömək etmək əlimdən gəlməsə də, bu xəbəri ailənizə necə deməklə bağlı tövsiyə verə bilərəm.    

Ardını oxu...

Bilərəkdən səhv edən dostlarla münasibətlər necə qurulmalıdır?

  • PDF faylını al

Amerikalı psixoloq Susan McAnich cavablandırır

Mənə qarşı bəzi iş yoldaşlarım  və ya tanışlarım haqsızılıqlar edirlər və onlarla münasibətləri dayandırıram. Amma ürəyim yümşaq olduğundan müəyyən müddətdən həmin şəxslər üzrxahlıq etdiyindən onları bağışlayıram. Son zamanlar müşahidə edirəm ki, bağışladığım insanlarla münasibəti görən digər dostlarım da mənə qarşı heç də yaxşı olmayan hərəkət edirlər. Yəqin ki, onlar da düşünürlər ki, bir müddətdən sonra üzrxahlıq edib bağışlanacaqlar. Sualım ondan ibarətdir ki,  bilərəkdən səhv edən insanlarlarla münasibətlər necə qurulmalıdır və onların bağışlanmaması mümkündürmü?

Turxan Hacılı


Ardını oxu...

İşçilərin sosial şəbəkələrə çıxışını bağlamaq çıxış yoludurmu?

  • PDF faylını al

“MK”-nın AMERİKALI PSİXOLOQU İŞƏGÖTÜRƏNLƏRƏ İŞÇİLƏRLƏ BU SAHƏDƏ DÜZGÜN MÜNASİBƏT QURMAĞIN YOLLARINI GÖSTƏRİR

- Rəhbərlik etdiyim təşkilatda gənc işçilər çalışır. Təbii ki, hazırda sosial şəbəkələr inkişaf etdiyindən hər bir işçinin şəxsi profili var. İşçilərə iş vaxtında sosial şəbəkələrə girməyi və şəxsi məsələlərlə bağlı saytlara daxil olmağı qadağan etmişəm. Amma görürəm ki, bu, müəyyən mənada işçilərin işə motivə olmasına mənfi təsir edir. Xahiş edirəm, mənə məsləhət verərdiniz ki, bu məsələ ilə bağlı işçilərlə münasibətləri necə qurum. Qorxuram ki, qadağaları götürsəm, işçilər iş vaxtının çox hissəsini internetdə olalar.
Orxan Quliyev

Ardını oxu...

Amerikalılar hamıya - iş yerlərini tez-tez dəyişən cavanlara və kreslodan dördəlli yapışan qocalara - bir gözlə baxırlar

  • PDF faylını al

SUSAN MCANICH: “İŞ İLƏ İŞÇİ ARASINDA İDEAL UYĞUNLUQ İŞİN ÖZÜNDƏN ÇOX, BIZIM ÖNƏM VERDIYIMIZ DƏYƏRLƏRDƏN ASILIDIR”

-    Mənim üçün maraqlıdır ki,  Amerikada işçilərin tez-tez iş dəyişməsi adi haldırmı? Qısa müddət çalışdıqdan (misal üçün, 1-2 ay) sonra başqa işə keçən işçinin hərəkəti cəmiyyət tərəfindən necə qəbul olunur? Bir də uzun müddət bir vəzifədə uğurlu çalışaraq yerini heç kes vermək istəməyən işçiyə amerikalılar necə münasibət bəsləyirlər?

Ardını oxu...