İstirahət otağı

XEYIRXAHLIQ MÜCƏSSƏMƏSİ

  • PDF faylını al

Gecə saat 3-də qapı döyülür. Arvad ərini göndərir ki, get, gör kimdi. Ər qapını açır, görür ki, qapıda bir kişi dayanıb. Kişi yazıq-yazıq danışmağa başlayır:

- Bağışlayın ki, gecənin bu vaxtı sizi narahat edirəm. İmkanınız varsa, gedək mənə, itələməyə kömək edin.

Ər dəli olur:

- Sənin başın xarabdı, bilirsən saat neçədi?

Ardını oxu...

POPULYAR MƏMMƏD

  • PDF faylını al

Məmməd yanacaqdoldurma məntəqəsində işə düzəlir, maşınlara benzin doldurur. Menecer görür ki, kim benzin doldurmağa gəlirsə - fərqi yoxdur, oğlan olsun, ya qız – Məmmədlə görüşüb öpüşməmiş ordan ayrılmır. Bir dəfə menecerin təəccübdən gözü lap təpəsinə çıxır. Görür ki, tanınmış nazirlərdən birinin maşını benzin doldurmaq üçün məntəqəyə girir.

Ardını oxu...

ARZUYA BAX, SEVGILIM...

  • PDF faylını al

 

 

 

 

Yenicə hərbi xidmətə çağırılmış əsgər ucuz “Bakı” siqaretindən dərin bir qullab vura-vura qutunun üstündəki “Siqaret çəkmək sağlamlığınız üçün təhlükəlidir” sözlərini ucadan oxuyandan sonra tüstünü əsəbi şəkildə havaya üfürərək deyinir:

Ardını oxu...

ARZUSU ÜRƏYİNDƏ QALAN İŞÇİ

  • PDF faylını al

 

Müdir işçisini otağına çağırıb sorğu-suala tutur:

- Eşitmişəm, tez-tez məscidə gedib, Allaha dua edirsən ki, maaşın qalxsın. Doğrudur?

Ardını oxu...

YƏHUDI ZƏKASI

  • PDF faylını al

Abram ölüm yatağinda can verir. Zarıldayıb arvadını cağırır:

- Sara, burdasan?

- Burdayam, Abraşa, burdayam.

-Yakob da burdadı? – Abram böyük oğlunu soruşur.

- Burdayam, ata, - Yakob atasının çarpayısına yaxınlaşır.

- Moşe də burdadı? – Abram yenə zarıyıb ortancil oğlunu soruşur.

- Hə, Abraşa, - Sara dillənir, narahat olma, hamı burdadı, Moşe də burdadı, hələ sonbeşiyimiz İshaq da.

Abram zorla başını yastıqdan qaldırır:

- A köpək qızı, hamını yığmısan bura, bəs mağazada kim qalib?!