İstirahət otağı

Polisə zəngin ABŞ, Avropa və Azərbaycan variantı

  • PDF faylını al

ABŞ-da polisə zəng:

- Bizim qonşunun çoxlu pulu var.

- Sənə nə?!

- Pulu dövlətdən oğurlayana oxşayır.

- Hələ bilmək olmaz.

- Vergi də vermir.

- Gəlirik!

Avropada polisə zəng:

Ardını oxu...

CƏNNƏT SEVİNCİ

  • PDF faylını al

Atasının yasında cavan oğlan molladan soruşur:

— Molla, atam cənnətə düşəcəkmi?

— Atan namaz qılırdı?

— Yox, namaz qılmırdı, amma namaz qılan görəndə çox sevinərdi.

— Bəs oruc tuturdu? 

Ardını oxu...

ÇÖRÇİLİN «SADİQ» FANATI

  • PDF faylını al

Bir gün İngiltərənin baş naziri Çörçil televiziyada çıxış etməliymiş. Fikirləşir ki, hələ vaxta var, bir az gəzim, gecədir, kimdir məni tanıyan, sonra taksiylə gedərəm. Belə də edir, bir az gəzəndən sonra oturur bir taksiyə, sürdürür televiziyanın qabağına. Taksi sürücüsü qaranlıq olduğundan onu tanımır. Çörçil xahiş edir, sürücü onu 45 dəqiqə gözləsin, pulunu ödəyəcək. 

Ardını oxu...

Qeyri-adi müsahibə

  • PDF faylını al

 

Müstəqil qəzetin əməkdaşı işadamından müsahibə götürür.

Müxbir: - Siz yol polisinin əməkdaşları barədə nə düşünürsünüz?

İşadamı: - Sözün birbaşa mənasında onlar banditdirlər. Heç nə eləmirlər. Küçələrdə özbaşınalıqdır, kim necə istəyir, elə də sürür. İmkan düşən kimi sürücüləri soyurlar.

Ardını oxu...

Yol polisinin gecə reydi

  • PDF faylını al

Gecədir. Yol polisi evində yatıb. Birdən yuxuda sayıqlamağa başlayır:

- Nizami, korsan.... O boyda Kamazı görmürsən... Tez onu, saxla yoxsa əlimizən çıxar.......

Ardını oxu...