Mühasibat uçotu

Milli standartlarda Əsas vəsaitlərinin uçotunun əvvəlkindən hansı fərqləri var?

  • PDF faylını al

 

İndi isə köhnə hesablar planı ilə yeni hesablar planında uçota alınan uzunmüddətli aktivləri fərqləndirək. Köhnə qaydalarda konkret yazılıb ki, 500.000 AZM-dən, yəni 100 manatdan artıq dəyəri olan istismar müddəti 1 ildən yuxarı aktivlər əsas vəsait kimi uçota alınmalıdır. Amma yeni milli mühasibat uçotu qaydalarında artıq 100 manat məhdudiyyəti yoxdur, sadəcə 1 il məhdudiyyəti var. Belə çıxır ki, yeni standartlara əsasən, əgər hər hansı bir aktivin, əmlakın dəyəri 100 manatdanaşağıdırsa, amma onun faydalı istifadə müddəti 1 ildən yuxarıdırsa, artıq o «torpaq tikili və avadanlıq» kimi, köhnə qaydada desək, əsas vəsait kimi uçota alına bilər.

 

Ardını oxu...

Təxirə salınmış vergi aktivləri və vergi öhdəliyinin misalla izahı

  • PDF faylını al

 

İndi isə təxirə salınmış vergi ilə bağlı bir neçə sadə misala baxaq. Tutaq ki, «AA» firması bankdan kredit alıb və bu kreditin təyinatında əsasvəsait (torpaq, tikili və avadanlıq) almaq nəzərdə tutulub. Firma aldığı 20.000 manat kredit hesabına avadanlıq alıb. Kreditin faizi 1.000 manat təşkil edir. Kredit qısamüddətlidir, bir aylıq müddətə alınıb. Yeni Milli Mühasibat uçotu standart- larına əsasən, belə faizlər əsas vasaitlərin dəyərinə əlavə olunmalıdır. Amma Vergi Məcəlləsinin 143-cü maddəsinə görə, belə faizlər gəlirdən çıxılır, yəni xərclərə salınır. Buradan görünür ki, vergitutma məqsədləri üçün vergi uçotu ilə mühasibat uçotu arasında fərq yarandı. Birində məbləğ xərclərə silinir, digərində isə əsas vəsaitin dəyərinə daxil edilir. Belə fərqlərə yeni standartlarda müvəqqəti fərqlər deyilir.

 

Ardını oxu...

Müəssisə malları alıb satdıqda necə müxabirləşmə verməlidir?

  • PDF faylını al

«AA» müəssisəsi sonradan satmaq məqsədilə digər təşkilatdan (malgöndərəndən) 1.000 manatlıq ərzaq malları alıb. Malların əlavə dəyər vergisi 180 manat təşkil edib və müəssisə bank vasitəsilə vəsaiti ödəyib. «AA» müəssisəsi malları 1.200 manat + 216 manat (18%-lik ƏDV) olmaqla satıb.

Ardını oxu...

Ehtiyatların uçotunun orta maya dəyəri və FİFO metodunun misalla izahı

  • PDF faylını al

Yeni Milli Mühasibat uçotu standartları ehtiyatların uçotunun 2 formada aparılmasını qəbul edir. Orta maya dəyəri və FİFO (İlkin alış qiyməti ilə).

Orta maya dəyəri nədir?

Bunu sadə bir misalla izah edək:

«AA» firması yanvar ayının əvvəlində 100 ədəd kərpic alıb. Kərpicin birinin alış dəyəri 0,20 manat olub.Yanvar ayının ortasında isə yenidən 200 ədəd kərpic alıb. Bu dəfə kərpicin birinin alış dəyəri 0,22 manat olub.

Ardını oxu...

Əsas vəsaitlərinin amortizasiya ayırmalarının hər 3 metodunun misalla izahı

  • PDF faylını al

Amortizasiya ayırmaları barədə Vergi Məcəlləsində də yazılıb. yeni standartlara əsasən, amortizasiya ayırmalarının 3 metodu var. Bunlar düz xətt metodu, azalan qalıq metodu və maşın saatı metodudur. Vergi Məcəlləsində olan metod azalan qalıq metodudur. Bu metodların aydın olması üçün sadə bir misal gətirək. Tutaq ki, müəssisənin balansında 10.000 manatlıq avadanlıq var. Avadanlığın faydalı istifadə müddəti 10 ildir.

Ardını oxu...