Mühasibat uçotu

Qeyri maddi aktivlərin yeni hesablarda hansı fərqlər var?

  • PDF faylını al

Yeni və köhnə hesablar planında qeyri-maddi aktivlərin mədaxili, onların dəyərinin formalaşması prinsipləri demək olar ki, eynidir. Hansısa qeyri-maddi aktivin formalaşması ilə bağlı xərcələrin cəmi şəklində ilkin dəyərlə formalaşdırılır.

Ardını oxu...

Yeni Milli Standartlarda yenidən qiymətləndirmənin izahı

  • PDF faylını al

 

Bəs, yeni Milli Standartlarda yenidən qiymətləndirmə haqqında hansı məlumatlar var. Milli standartlara görə, müəssisələr «torpaq, tikili və avadanlıqlarının» uçotunu iki metodla - ilkin dəyər və yenidən qiymətləndirmə üsulu ilə apara bilər. Müəssisələr «torpaq, tikili və avadanlıqlarını» ilk dəfə mühasibat uçotuna salanda ilkin dəyər metodu ilə uçota almalıdır. İlkin dəyərin formalaşması haqqında yuxarıda məlumat vermişdik.

Ardını oxu...

Hesablanmış dividentlər necə uçota alınır?

  • PDF faylını al

 

Köhnə hesablarda təsisçilərə hesablanılmış dividentlər 75-2 saylı subhesabın DT-nə yazılırdı. Yeni hesablar planında isə bu, artıq 344 saylı “Elan olunmuş dividentlər” hesabında rəsmiləşdirilir .

Ardını oxu...

Milli Mühasibat uçotu standartlarında pul vəsaitlərinin ekvivalentləri necə uçota alınır və müxabirləşməsi

  • PDF faylını al

Yaxşı olardı ki, Milli Mühasibat uçotu standartlarında pul vəsaitlərinin ekvivalentləri haqqında yazılanları nəzərdən keçirək. Pul vəsaitlərinin ekvivalentləri investisiya və digər məqsədlərdən daha çox qısamüddətli pul öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə edilirlər. Hər hansı investisiya məbləğinin pul vəsaitlərinin ekvivalentləri kimi təsnifləşdirilməsi üçün, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərinin dəyişməsi riskinə cüzi məruz qalan yüksək likvidli qoyuluşlar olmalıdır.

Ardını oxu...

Yeni hesablarda debitor borclarının uçota alınmasının özəlliyi

  • PDF faylını al

Köhnə hesablar planında maliyyə icarəsi üzrə debitor borcları və faizlər üzrə debitor borcları qısamüddətli və uzunmüddətliyə ayrılmırdı. Yeni hesablar planında əvvəl müxabirləşmə aparılan zaman bütün məbləğləri uzunmüddətli kimi göstərmək olar. Hesabat ilinin sonunda isə maliyyə hesabatları təqdim olunan zaman müəyyənləşdirmək lazımdır ki, bu borclardan hansı qısamüddətli, hansı uzunmüddətlidir.

Ardını oxu...