Mühasibat uçotu

Kommersiya təşkilatları üçün illik maliyyə hesabatı dövrləri

  • PDF faylını al

Mühasibat uçotu haqqında qanuna əsasən, Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;

Ardını oxu...

Bank köçürməsi üçün yazılan ödəniş tapşırığı necə doldurulmalıdır?

  • PDF faylını al

Ödəniş tapşırığının sol hissəsində vəsaiti ödəyən şəxsin bank rekvizitləri, VÖEN-i, bankda olan hesabı yazılır.Ödəniş tapşırığının sağ hissəsində isə vəsaiti alan şəxsin bank rekvizitləri, VÖEN-i, bankda olan hesabı yazılır. S2 hissəsində isə əvvəlcə ödənilən məbləğ rəqəmlə yazılır.Bir az aşağıda isə məbləğ sözlə yazılır.D1 hissəsində isə ödənişin təyinatı və əsası yazılır.

Ardını oxu...

Kassa sənədlərinin imzalanması prosesi necə olmalıdır?

  • PDF faylını al

Kassa sənədlərini müəssisənin rəhbəri, baş mühasib, kassir və vəsaiti kassadan alan şəxs imzalamalıdır. Kassir vəzifəsinə əmək müqaviləsi ilə istənilən şəxs təyin oluna bilər. Müəssisədə kassir vəzifəsi yoxdursa, onun vəzifələrini müəssisənin rəhbəri apara və sənədi müvafiq qaydada imzalaya bilər. Həmçinin, mühasibatlığa aidiyyatı olmayan işçinin belə kassirin vəzifələrini yerinə yetirmək hüququ var.

Ardını oxu...

Alqı-satqı müqaviləsinin nümünəvi forması

  • PDF faylını al

Oxuculara tam maraqlı olmaq üçün kitabın sonunda bir neçə praktikada istifadə olunan müqavilə formasını təqdim edəcəyik.Və kitabdan yararlananlar bu nümunəvi müqavilə formalarından tam və müəyyən maddələri dəyişdirməklə istifadə edə bilərlər.

Alqı-satqı müqaviləsinin nümünəvi forma

Milli Standartlarda Nizamnamə kapitalı necə uçota alınır?

  • PDF faylını al

Bəs, Milli Standartlarda, yeni hesablar planında nizamnamə kapitalı haqqında nələr yazılıb. 30. Ödənilmiş nominal (nizamnamə) kapital

301. Nominal (nizamnamə) kapital müəssisənin kapitalı və ehtiyatlarının uçota alınmasına dair ümumiləşdirilmiş məlumatlar əks etdirir. Müəssisənin kapitalı səhmdarların müəssisəyə yönəldilən investisiyaların dəyərini artıran və ya azaldan səhm kapitalı və ehtiyatlardan ibarətdir.

Ardını oxu...