Mühasibat uçotu

Mühasibatlıqda hansı tip öhdəliklər qiymətləndirilmiş öhdəliklər kimi nəzərə alınır?

  • PDF faylını al

Qiymətləndirilmiş öhdəliklərin misalla izahı

Təcrübədə ən çox rast gəlinən əməliyyatlardan biri də malların, xidmətlərin, işlərin zəmanətli satışıdır. Firma hər hansı bir malı satır və zəmanət verir ki, məsələn, 1 il müddətində və ya bir neçə il müddətində malda hər hansı bir qüsur olsa, onu yenisi ilə əvəz edəcək və ya alıcı tərəfindən heç bir ödəniş olunmadan qüsuru aradan qaldıracaq. Satıcı müəssisə bu qüsurları aradan qaldırmaq üçün əvvəlcədən özündə öhdəlik yaradır ki, belə bir hadisə baş versə, həmin öhdəlik hesabına qüsuru aradan qaldırsın.
Və yaxud təcrübədə çox rast gəlinən başqa bir hal. Tutaq ki, təşkilatın maşınları istehsalat öhdəliklərini yerinə yetirən zaman başqa bir firmanın işçilərinə xəsarət yetirib. Hər iki firma arasında məhkəmə çəkişməsi gedir.

Ardını oxu...

Xidmət müqaviləsinin forması fayl şəklində

  • PDF faylını al

Oxuculara maraqlı olacağını nəzərə alıb kitabın sonunda təcrubədə istifadə olunan bir neçə müqavilə formasını təqdim edirik.
Kitabdan yararlananlar bu nümunəvi müqavilə formalarından işlərin xarakterindən asılı olaraq tam və yaxud müəyyən maddələri dəyişdirməklə istifadə edə bilərlər.
 
 

Mühasibat balansının 11-ci maddəsi olan “Torpaq, tikili və avadanlıqlar”a nələr aiddir?

  • PDF faylını al

Mühasibat balansının 11-ci maddəsi “Torpaq, tikili və avadanlıqlar” adlanır. Bu maddəyə müəssisənin maddi və fiziki formaya malik olan aktivləri daxildir. “Torpaq, tikili və avadanlıqlar” 7 №-li Milli Mühasibat Uçotu Standartında açıqlanıb. Mühasibat balansının bu maddəsinə müəssisənin mülkiyyənində olan və ya maliyyə icarəsi üzrə istifadə edilən amortizasiya xərcləri çıxıldıqdan sonra torpağın, tikililərin, avadanlıqların, maşınların, cihazların, nəqliyyat vasitələrinin və digər torpaq, tikili və adanlıqların xalis balans dəyəri aiddir. 

Ardını oxu...

Qeyri-maddi aktivlər nədir və yeni hesablar planında necə uçota alınır?

  • PDF faylını al

 

Mühasibat balansının 10-cu maddəsi “Qeyri-maddi aktivlər” adlanır. Qeyri-maddi aktivlər ayrıca olaraq 12 №-li Milli Mühasibat Uçotu Standartında açıqlanır. Qeyri-maddi aktivlər fiziki formaya malik olmayan qeyri-monetar aktivlərdir. 

Ardını oxu...

Yeni hesablar planında öhdəliklərin uçotunun misalla izahı

  • PDF faylını al

Əvvəlki bölmələrdə qeyd etmişdik ki, yeni hesablar planının ən yaxşı cəhətlərindən biri də debitor, kreditor borcların, öhdəliklərin uzunmüddətli və qısamüddətli (cari) hissəyə ayrılmasıdır. Bir daha bildirmək istəyirik ki, hesabat ilindən sonra, daha doğrusu, 31 dekabrdan sonra 12 ay ərzində ödəniləcək hər hansı borc qısamüddətli (cari), bu müddətdən sonra ödəniləcək hər hansı bir borc isə uzunmüddətli sayılır. Bir xırda, amma vacib məqamı
da qeyd edək ki, bir ildə uzunmüddətli borc olan məbləğ artıq növbəti ilin sonunda cari borc kimi uçota alına bilər.

Ardını oxu...