Əmək münasibətləri: A-dan Z-yə

Əmək qabiliyyətinin nə qədər müddətə itirilməsi əmək müqaviləsinin xitamına səbəb ola bilməz?

  • PDF faylını al

İndi isə əmək qabiliyyətinin itirilməsi və işçinin vəfat etməsi ilə bağlı hallara diqqət yetirək. Əmək qabiliyyətinin tam itirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) (Tibbi sosial ekspert komissiyaları vasitəsilə) rəyi ilə müəyyən edilir.

Ardını oxu...

Əlavə iş saatının hesablanmasının iki yolunun misalla izahı

  • PDF faylını al

 

 

Məsələn, tutaq ki, işçinin aylıq əməkhaqqı 260 manatdır və dekabr ayının 31-işəgötürən işçinin razılığı ilə onu işə cəlb edib. Nəzərə alaq ki,həmin ayda 26 iş günü var. İşçi ilə bağlanılmış əmək müqaviləsində göstərilib ki, belə hallarda həmin günün əməkhaqqı ikiqat normailə ödənilsin.  

Ardını oxu...

Hansı halda daşınmaz əmlakın satışına görə vergi ödəməlisən?

  • PDF faylını al

Vergi Məcəlləsində belə bir maddə var:
102.1.9. vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir;
Tutaq ki, vergi ödəyicisinin bir neçə evi var. Təbii ki, o, bu evlərdən birində yaşayır. Əgər vergi ödəyicisi yaşamadığı evləri satarsa, onların dəyəri gəlir vergisinə cəlb olunacaq. Amma hansı evdə 3 il yaşadığını sübut edərsə, onda həmin evin satışından gələn məbləğ gəlir vergisindən azad olunur. Bəs, vergi ödəyicisi necə sübut edə bilər ki, həmin evdə yaşayır? O, yaşayış yerindən alınmış arayışla, qeydiyyat arayışı ilə bunu sübut edə bilər. Burada söhbət davamlı 3 il ərzində və ya ümumiyyətlə, cəmi 3 il ərzində hansısa evdə yaşamaqdan getmir. 

Ardını oxu...

Qadın hamiləliyə görə məzuniyyətdə olması həyat yoldaşına hansı üstünlük verir?

  • PDF faylını al

Məsləhət görərdik ki, işəgötürən və işçilər arasında narazılıq olmaması üçün əmək məzuniyyətlərinin verilməsi növbəliyi cədvəli tərtib olunandan sonra işçilər bununla tanış edilsin. Çünki təcrübədə belə narazılıqlar çox olur.
Adətən, işçilər istəyirlər ki, yay aylarında əmək məzuniyyətinə çıxsınlar, amma çox vaxt bu mümkün olmur və sonda narazılıq baş yaranır. Belə çıxmasın ki, bütün işçilərə əmək məzuniyyətinin verilməsinin növbəliliyi işəgötürəndən asılıdır. Bu, belə deyil.
Aşağıdakı işçilər arzularına uyğun, əlverişli vaxtda əmək məzuniyyətindən istifadə edə bilərlər:

Ardını oxu...

Müəssisənin ləğv olunması, işçi və ştatların (iş yerlərinin) ixtisar edilməsi ilə bağlı ödənişlər necə həyata keçirilir?

  • PDF faylını al

Müəssisənin ləğv olunması, işçi və ştatların (iş yerlərinin) ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verildikdə işçilərə aşağıdakı ödənişlər edilir:
- Orta əməkhaqqıdan az olmamaqla işdənçıxarma müavinəti verilir;
- İşdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı məbləğində ödəniş edilir.

Ardını oxu...