Əmək münasibətləri: A-dan Z-yə

İş yerlərinin attestasiyası necə rəsmiləşdirilməlidir?

  • PDF faylını al

Əmək şəraiti üzrə iş yerləri attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə müəssisədə əmr verilməli, lazım gələrsə müəssisənin struktur bölmələrində attestasiya komissiyası yaradılmalıdır. Attestasiya komissiyasının sədri komissiyanın tərkibi və əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına aid sənədləşmənin aparılmasına, saxlanılmasına və tərtib edilməsinə cavabdeh şəxsdir. O, eyni zamanda əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsinə dair işlərin qrafikini və müddətini müəyyən edir.

Ardını oxu...

30 gün və 21 gün məzuniyyət məsələsi necə tənzimlənməlidir?

  • PDF faylını al

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabında bu məsələnin izahı

Məsələn, məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla
işəgötürən tərəfindən müəyyən edilir) çalışan dövlət qulluqçuları, müəssisənin rəhbər işçiləri və mütəxəssisləri sətri konkret deyil. Bu məsələ təşkilatlarla nəzarət orqanları arasında çox mübahisə doğurur. Bu sətirdə nəzərdə tutulan vəzifələri mümkün qədər aydınlaşdırmağa çalışaq. Başlayaq məsul vəzifələrdə çalışan dövlət qulluqçularından. Dövlət qulluğunu tənzimləyən bir çox normativ hüququ akt var.
Dövlət qulluqçuları nazirlik, dövlət komitəsi, fond və dövlət idarələrində çalışırlar. Dövlət qulluqçuları üçün təsdiq olunmuş ştat cədvəllərində vəzifələr konkret göstərilib. Həmçinin, onların Vahid Tarif-Sorğu kitabçaları var ki, onun köməyilə məsul vəzifəni müəyyən etmək mümkündür.
Müəssisənin rəhbər işçiləri kimlərdir?

Ardını oxu...

25 iyun 2012-ci il tarixində iş gününün müddəti bir saat qısadılır?

  • PDF faylını al

Sual: 25 iyun 2012-ci il tarixində iş gününün müddəti bir saat qısadılır?


Cavab: Sualınıza cavab vermək üçün Əmək Məcəlləsinin 108-ci maddəsinə diqqət yetirək:
Maddə 108. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti
1.    Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Misal üçün, təşkilatda normal iş vaxtı 8 saatdır, Qurtuluş günündən  əvvəl həmin təşkilatda 25 iyun 2012-ci il tarixində iş saatı bir saat qısaldılıraq 7 saat olacaq. Bu halda iş saatının qısadılmasının işçinin aylıq əməkhaqqına heç bir təsiri yoxdur.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

65 yaş məhdudiyyəti ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavələrdə olan məhdudiyyətlərin misalla izahı

  • PDF faylını al

Əmək Məcəlləsinə edilmiş əlavələrdə büdcə təşkilatlarıına bu istiqamətdə müəyyən məhdudiyyətlər də qoyulub. Birinci məhdudiyyət hər hansı bir büdcədən maliyyələşən sahə üzrə ümumi işçilərin sayı ilə balıdır. 

Ardını oxu...

Əmək Müfəttişliyinin tətbiq etdiyi cərimələri ödəmədikdə nə baş verir?

  • PDF faylını al

Bundan əlavə, Əmək Müfəttişliyinin tətbiq etdiyi cərimələr işəgötürənin vəzifəli şəxsləri tərəfindən təqdim olunmuş bank rekvizitlərinə ödənilir. Bəs, cərimələr ödənilməsə, işəgötürənləri hansı məsuliyyət gözləyir. Belə hallarda Dövlət Əmək Müfəttişliyi Xidməti müvafiq prosessual qaydada məhkəməyə müraciət edir. Əgər məhkəmə vəsaitin ödənilməsi haqqında qərar qəbul etsə, onda işəgötürən cəriməni ödəmək məcburiyyətində qalır.

Ardını oxu...