Əmək münasibətləri: A-dan Z-yə

Yoxlama zamanı DƏMX müffətişliyi işçidən izahatı necə almalıdır?

  • PDF faylını al

 
Əlbəttə ki, müfəttişlər yoxlama zamanı səlahiyyətlərindən sui-istifadə edərlərsə, bunu onların nəzərinə çatdırmaq, xəbərdarlıq etmək lazımdır. Məsələn, müfəttişliyin vəzifəli şəxsinin işəgötürənin hər hansı bir işçisindən izahat almaq səlahiyyəti var.

Ardını oxu...

Yoxlama zamanı Dövlət Əmək Müfəttişliyinə hansı sənədləri təqdim etməliyik?

  • PDF faylını al

Yoxlama zamanı işəgötürənlərin müfəttişlərə hansı sənədləri təqdim etməyə borclu olduqları da təcrübədə ən çox rast gəlinən suallardandır.
Bəzən yoxlamaya gələn DƏMX-nin vəzifəli şəxsləri deyirlər ki, biz hər bir sənədi yoxlaya bilərik.

Ardını oxu...

Hansı halda işçini iş vaxtı ərzində işdən kənar etmək olar?

  • PDF faylını al

Təcrübə göstərir ki, əmək müqaviləsi bağlandıqdan sonra müqavilədən kənar hadisələr baş verir. Belə hallardan biri də işçinin işdən kənarlaşdırılmasıdır. Bu, işçinin işdən çıxarılması kimi başa düşülür. Ancaq belə deyil. İşçinin iş yerindən müəyyən müddətə uzaqlaşdırılması onun əmək funksiyalarını yerinə yetirməsindən müvəqqəti kənarlaşdırılması kimi başa düşülməlidir.

Ardını oxu...

Hansı iş yerlərində işçini iş vaxtından artıq işə cəlb etmək olmaz?

  • PDF faylını al

İşçini iş vaxtından artıq işə cəlb edilməsi istisnasız bütün iş yerləri üçün keçərli deyil. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Xüsusilə ağır və zərərli iş yerlərinin siyahısı isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Ardını oxu...

Sınaq müddəti ilə bağlı məsələlər necə rəsmiləşdirilməlidir?

  • PDF faylını al

Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri (sərəncamı) ilə xitam verilə bilər.

Ardını oxu...