Əmək münasibətləri: A-dan Z-yə

Hansı hallarda işçi həftədə 40 saatdan çox olmamaqla bir gün çox, digər gün isə az işləyə bilər?

  • PDF faylını al

Misallar çəkməkdə məqsəd tabel uçotunda iş saatlarının təcrübədə qəbul olunmuş formasını göstərməkdir. burda bir sual meydana çıxır ki, işçi həftədə 40 saatdan çox olmamaqla bir gün çox, digər gün isə az işləyə bilərmi?

Ardını oxu...

İmza nümünələrin notariusda təsdiq zamanı direktorun əmri təqdim olunmalıdır?

  • PDF faylını al

Təcrübədə tez-tez belə hallarla qarşılaşırıq ki, direktorun təyinatı üçün tərtib olunmuş və imzalanmış protokollardan, qərarlardan sonra da müəyyən prosedurlar həyata keçirilir. Təsisçi (təsisçilər) tərəfindən təyin olunmuş direktor yenidən özünün təyinatı haqqında əmr verir.

Ardını oxu...

Əmək məzuniyyətindən istifadə hüququnun misalla izahı

  • PDF faylını al

Tutaq ki, hər hansı işçi 01.02.2008-ci ildə əmək müqaviləsi bağlayaraq «AA» şirkətində rəhbər işçi kimi işə başlayıb. Bu işçiyə güzəştlər düşmür, o ancaq altı aydan sonra əmək məzuniyyətinə çıxa bilər.

Ardını oxu...

Uşaqlı qadınların əlavə məzuniyyəti necə hesablanır?

  • PDF faylını al

“Əmək münasibətləri: A-dan Z-yə” kitabından seçmə
Əlavə məzuniyyətin üçüncüsü isə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdir.
 
Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri
 
1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Ardını oxu...

İşçi işə girdiyi birinci il üçün hansı müddətdən sonra əmək məzuniyyətə çıxa bilər?

  • PDF faylını al

Əmək Məcəlləsinə əsasən, işçi işə girdiyi birinci il üçün altı aydan sonra əmək məzuniyyətinə çıxa bilər. İşçinin yeni iş yerində müqavilə bağladıqdan sonra altı ay işləyib, həmin iş ili üçün tam və ya qismən əmək məzuniyyətindən faydalanmaq hüququ var. 

Ardını oxu...