Doğru cavab

"MK" jurnalının eksperti Altay Cəfərovdan maddələrlə izah

  • PDF faylını al

5 ilin verilməmiş əmək məzuniyyəti müqabilində işçiyə nə verməli: kompensasiya, yoxsa məzuniyyət?
 
Sual: Salam, müəssisədə işçinin 4-5 məzuniyyəti qalıb. İndi işçi növbəti məzuniyyətə gedir, ona 2 illik  məzuniyyəti bir yerdə vermək olar?
 
Həsənova Siyatel
 
Cavab:  Bu kimi sualları əvvəllər cavablandırsaq da, bir daha Əmək Məcəlləsinin bir neçə uyğun maddəsini nəzərinizə çatdırıram.
 
Maddə135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
 
Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası
.................................
5. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün verilən əmək məzuniyyəti ilə birləşdirilə bilər.
 
Birincisi, işçiyə 4-5 il əmək məzuniyyətinin verilməməsi Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən qadağandır. İşçinin əmək məzuniyyəti maksimum 1 il hansısa səbəbdən təxirə salına bilər. Əlbəttə ki, bu təxirə salınma 134-cü maddəyə uyğun olaraq əsaslandırılmalıdır. Əmək məzuniyyətinin verilməməsinə görə sizə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) yoxlamaları zamanı inzibati cərimələr tətbiq oluna bilər.
İkincisi, işçiyə 2 ilin tam əmək məzuniyyətinin birləşdirilib verilməsi Əmək Məcəlləsində nəzərdə tutulmayıb. Ancaq təqdim etdiyim 134-cü maddənin 5-ci bəndinə əsasən əvvəlki ildən qalan əmək məzuniyyətinin hissəsini növbəti ilin əmək məzuniyyəti ilə birləşdirib işçiyə vermək olar. Məsələn, tutaq ki, 2012-2013-cü illər üçün işçiyə 30 gün əmək məzuniyyəti verilməli idi, lakin işçi bunun 15 gününü istifadə edib. Bu zaman yerdə qalan 15 günü 2013-2014-cü illər üzrə işçiyə veriləcək 30 günlük əmək məzuniyyətinə birləşdirmək olar. Amma 2012-2013-cü ilin 30 günlük tam məzuniyyətini 2013-2014-cü ilin 30 günlük tam məzuniyyəti ilə birləşdirib 60 günlük əmək məzuniyyəti verilə bilməz. Bu zaman siz işçiyə 2012-2013-cü illər üçün əmək məzuniyyətindən istifadə olunmamasına görə kompensasiya verməlisiniz. Qısacası, sizin halınızda işçiyə 4-5 ilin əmək məzuniyyətinə görə kompensasiya verilməlidir.

Ardını oxu...

Hüquqi şəxsin alqı-satqısı ilə bağlı Vergilər Nazirliyinə sual

  • PDF faylını al

Sualın cavabının misalla izahı
 
Sual: Hörmətli vergi əməkdaşları. Aşağıdakı sualı Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq cavablandırmağınızı Sizdən xahiş edirik. Fiziki şəxs təsisçisi olduğu hüquqi şəxsi alqı-satqı yolu ilə başqa bir fiziki və hüquqi şəxsə satır. Satılan hüquqi şəxsin Nizamnamə fondu 25000 manat, Ə/V qalıq dəyəri 20000 manat, satış qiyməti 40000 manatdır. Bu zaman təsisçinin hansı vergi öhdəlyi yaranır?
Qaralov Polad

Ardını oxu...

Əmlaka həbs qoyulması ilə maraqlı sual

  • PDF faylını al

Vergilər Nazirliyi əmlakın həbsi ilə bağlı məsələyə aydınlıq gətirir.
 
Salam. Əgər əmlaka vergi tərəfindən həbs qoyulubsa həmin əmlaka görə əmlak vergisi hesablanırmı?
Rauf Quliyev 
Cavab: Bildiririk ki, vergi orqanı tərəfindən siyahıya alınmış, lakin müəssisənin balansında olan əsas vəsaitlərin orta illik dəyərinə görə ümumi qaydada əmlak vergisi hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir.

Ardını oxu...

ASAN İmza-da olan PİN1, PİN2 və PUK-un əhəmiyyəti

  • PDF faylını al

Asan İmza-da Pin1 kodu 3 dəfə səhv daxil etsən, səhvi necə düzəldə bilərsən?
 
Sual: Asan İmza-da Pin1 kodu 3 dəfə səhv daxil edəndə kart istifadəsiz hala düşür?
 
Cavab: Asan İmza PİN1 – 4 rəqəmli koddur, sistemə autentifikasiya olunan zaman daxil edilir;
Asan İmza PİN2 – 5 rəqəmli koddur, elektron sənədlərin imzalanması zamanı istifadə olunur;
Asan İmza PUK – 8 rəqəmli koddur. Asan İmza PİN1 və ya Asan İmza PİN2 nömrələrini 3 dəfədən artıq səhv daxil etdikdən sonra Asan İmza SİM nömrəsi bloka düşdüyü halda, bu koddan istifadə olunur. PUK nömrəsini 3 dəfə yığmaq mümkündür. Son limit həddindən sonra Asan İmza SİM kartı yararsız hala düşür. Onun aktiv edilməsi üçün Şəxs, şəxsiyyətini təsdiq edən sənədlə mobil operatora ərizə (ərizə forması mobil operatorda təqdim olunur) ilə müraciət etməlidir.

Ardını oxu...

Müəssisənin işçi sayının bəyannamədə qeyd olunması ilə bağlı aktual sual

  • PDF faylını al

"MK" jurnalının eksperti bu məsələyə aydınlıq gətirir.
 
Sual:  Salam. Verdiyimiz sualları cavablandırıb bizə kömək etdiyiniz üçün Sizə minnətdaram. 
Sualım belədir.  Müəssisədə 11 işçi var. Müəssisəni rəhbəri ikinci müəssisə açır və 01 aprel tarixindən 10 işçini öz xahişi ilə işdən azad edib, yeni müəssisəyə qəbul edirsə, ƏDV hesabatında işçilərin Son haqq-hesab cədvəlinə əsasən gəlir vergisi də yazılır?  Aprel ayının ƏDV hesabatında işçilərin sayı 11 nəfər, yoxsa 1 nəfər göstərilməlidir.  Mən 1 nəfər qeyd etmişəm.  Cavabınızı gözləyirəm. Əvvəlcədən təşəkkürlər. 
Səmayə

Ardını oxu...