Doğru cavab

Əmək Məzuniyyətinin 21 və ya 30 gün olması ilə bağlı daha bir maraqlı sual

  • PDF faylını al

"MK" jurnalının eksperti Altay Cəfərovdan izahlı cavab
 
Sual: Salam. Xahiş edirəm 1 məsələni aydınlaşdırın. Şirkətdə icarə agenti vəzifəsində çalışan işçiyə verilən əsas əmək məzuniyyəti 21, yoxsa 30 gün olmalıdır. Müddəti daxili qayda ilə 30 gün edə bilərəmmi, yoxsa belə məsələlər milli qanunvericiliklə tənzimlənir? Xahiş edirəm, bu məsələnin Nazirlər Kabinetinin hansı qərarı ilə tənzimləndiyini qeyd edərdiniz. Çox sağ olun.
Ceyhun Dövlətov
Cavab: Jurnalın ötən saylarında qeyd olunan sualla bağlı çoxlu açıqlamalar vermişik. Bildirim ki, Nazirlər Kabinetinin belə bir qərarı yoxdur. Bu məsələ Əmək Məcəlləsi ilə tənzimlənir.

Ardını oxu...

Məzuniyyət hesablarkən aylıq gəlir vergisinin hesablanmasının misalla izahı

  • PDF faylını al

"MK" jurnalının eksperti, sərbəst auditor Altay Cəfərovdan  izahlı cavab
 
 
Sual: Salam. Mənə maraqlıdır ki, işçi 07.01.2014-11.02.2014-cü il tarixlərində əmək məzuniyyətinə çıxır. Cəmi 36 gün. İşçinin maaşı 253 manatdır. Xahiş edirəm, hesablayasınız, işçi nə qədər məzuniyyət haqqı almalıdır? 
Yanvar ayına 25 gün, fevral ayına isə 11 gün məzuniyyət günü düşür.
Mənim hesablamam belədir:
 
1)  253x12/12/30.4=8.32 (1 günə düşən məzuniyyət ödənişi)
2) yanvar ayı üçün: 25x8.32 = 208
3) fevral ayı üçün: 11x8.32 = 91.52
4) Cəmi: 299.52
5) Vergi: (208-136)x14%=10.08
6) Həmkar: 299.52x1.5%=4.49
7) Sosial: 299.52x3%=8.99
8) Cəmi tutulan vergi: 23.56
9) Ödənilən məbləğ: 275.96
 
Məni əsas maraqlandırır ki, vergi hesablayanda təkcə yanvar ayından çıxdım vergini, çünki fevral ayında olan 91.52 manat vergiə düşmür. İndi mən işçi fevralda işə qayıdarkən onun 13 gününü hesablayanda fevralda tutmadığım vergini (91.52) maaşın üzərinə gəlib vergi çıxmalıyam? Yoxsa ki, məzuniyyət hesablayarkən elə birdəfələlik 299.52-i manatı 14%-ə vurmalıyam?
Əli Tağıyev

Ardını oxu...

Ştat cədvəlinin zəruriliyi ilə bağlı maraqlı sualın cavabı

  • PDF faylını al

"MK" jurnalının eksperti, sərbəst auditor Altay Cəfərovdan izahlı cavab
 
Sual: Salam “Monitor Konsaltinq” əməkdaşları.
Sualim ştat cədvəli haqqındadır. Ştat cədvəli nə zaman təsdiq olunur? 1 ay ərzində həm yeni işçi gəlir, həm də çıxır, vəzifə dəyişikliyi olur. Yanvar ayin 1-ə təsdiq eləmişdim. Yanvar ayında olan dəyişiklikləri necə edim? 1 ayda 4 dəfə ştat cədvəli hazırlamalıyam?
Zəhmət olmasa, sualımı ətraflı cavablandırasınız. Təşəkkürlər!
Aygün

Ardını oxu...

Direktorun əmri ilə bağlı aktual sualın cavabı

  • PDF faylını al

Əmək müqaviləsi ilə təyinat barədə əmrin tarixinin eyni gündə olması şərtdirmi?
 
Sual: Salam hörmətli redaksiya.Sizə belə bir sualla müraciət etmək istəyirəm. Şirkət noyabr ayında qeydiyyatdan keçib, fəaliyyəti isə mart ayından başlayıb. Bu halda şirkət rəhbərinin təyin olunması barədə əmri hansı tarixdə versək, daha düzgün olar? Əmək müqaviləsi ilə təyinat barədə əmrin tarixinin eyni gündə olması şərtdirmi? Əvvəlcədən təşəkkürümü bildirirəm.
Sabina Aliyeva

Ardını oxu...

Əmək məzuniyyəti ilə bağlı çoxlarını düşündürən sualın cavabı

  • PDF faylını al

Əvvəllər hec bir yerdə işləməmiş işçi yeni işə qəbul olunan zaman hərbi bilet və 4 illik ali təhsil haqqında sənəd təqdim edərsə, bunlar gələcəkdə o məzuniyyətə çıxdığı zaman əmək stajına görə əlavə məzuniyyətin verilməsində nəzərə alınırmı?
 
 
 
Sual: Əvvəllər hec bir yerdə işləməmiş işçi yeni işə qəbul olunan zaman hərbi bilet və 4 illik ali təhsil haqqında sənəd təqdim edərsə, bunlar gələcəkdə o məzuniyyətə çıxdığı zaman əmək stajına görə əlavə məzuniyyətin verilməsində nəzərə alınırmı?  Ali təhsil və hərbi xidmt dövrü məzuniyyət üçün əmək stajı hesab edilirmi? ƏM-nin 132-ci maddəsinin a) bəndinə və 179 maddəsinin g) bəndinə əsasən isə yalnız işçi işlədiyi müəssisədən hərbi xidmətə çağrılarsa, bu dövr məzuniyyət hüqüqü verən əmək stajı kimi nəzərə alınır? Həmin maddələrdə ali və ya orta ixtisas təhsilinin məzuniyyət hüqüqü verən əmək stajı sayılması haqqında məlumat yoxdur. 
Elşən

Ardını oxu...