Doğru cavab

Vergilər Nazirliyindən əmanətlərdən gəlir vergisinə cəlb olunmasının misalla izahı

  • PDF faylını al

2014-ci ilin iyun ayında banka yerləşdirilən əmanətdən gəlir verigsi necə ödənilməlidir?
 
Sual: Zəhmət olmasa, bizə fiziki şəxslərin depozitləri üzrə əmanətləri üzrə hesablanmış faizlərdən 10 faiz miqdarında faiz hansı düstura əsasən və ya necə hesablanacağı barədə məlumat verərdiniz.
Vəfa Qurbanova
Cavab: Bildiririk ki, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 31 dekabr 2014-cü il tarixədək hesablanmış faizlərdən ödəmə mənbəyində vergi tutulmur.

Ardını oxu...

Vergi ödəyicisi vergi orqanından borcunun olmaması haqqında arayışı necə əldə edə bilər?

  • PDF faylını al

Vergilər Nazirliyi bu suala aydınlıq gətirir.
 
Sual: Borcun olmaması barədə sənəd almaq istəyirəm, nə edim?
Zahidov İbadət
Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi borcunun olub-olmaması barədə arayışın alınması üçün uçotda olduğu vergi orqanına (o cümlədən əhatə dairəsinə aid olan  vergi ödəyicilərinə xidmət mərkəzlərinə) ) kağız daşıyıcıda sərbəst məzmunlu ərizə ilə əlbəəl və ya poçt vasitəsilə müraciət edə bilər.

Ardını oxu...

Fiziki şəxs avtomobilini satarkən əldə etdiyi gəlirdən vergi ödəməlidir?

  • PDF faylını al

Vergilər Nazirliyi bu məsələyə aydınlıq gətirdi
 
Sual: Salam. Hüquqi şəxsin təsisçisi (təsisçi vergi orqanlardan qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşıdır) öz şəxsi avtomobilini müəssisəyə satır. Bu alqı-satqı prosesi tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapır. Alqı-satqı prosesi zamanı yaranan vergi öhdəliyi barədə məlumat verməyinizi xahiş edirəm. Hüquqi şəxsin bu alqı-satqı prosesi nəticəsində hər hansı bir vergi öhdəliyi yaranacaqmı?
Anar Babayev 

Ardını oxu...

Vətəndaş qonşu repetitordan Vergilər Nazirliyinə şikayət etdi

  • PDF faylını al

Nərimanov rayonu, Ağa Neymatulla küçəsində yaşayan şəxs: "Yüzlərlə şagird daxil olur. Səs-küydən yaşamaq mümkün deyil. Axı belə olmaz. Xahiş edirəm maraqlanın. O şəxs dövlətə vergi verirmi, qanuni məşğul olurmu ya necə. Hara müraciət edək bilmirik."
 
Sual: Salam. Sizi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla küçəsi 45 ünvanından narahat edirik. Bizim ünvanda (Kardeşlər kafesinin üstü) fizika müəllimi fəaliyyət göstərir. Elşən müəllim. Artıq 20 ilə yaxındır. Demək olar evini ofis edib. Yüzlərlə şagird daxil olur. Səs-küydən yaşamaq mümkün deyil. Axı belə olmaz. Xahiş edirəm maraqlanın. O şəxs dövlətə vergi verirmi, qanuni məşğul olurmu ya necə. Hara müraciət edək bilmirik.
Nəcəfov Elxan
Cavab: Bildiririk ki, qeyd etdiyiniz halın araşdırılması üçün müraciətiniz aidiyyəti üzrə müvafiq struktura göndərilmişdir.

Ardını oxu...

Əvəzsiz verilən daşınmaz əmlak zamanı vergi öhdəliyi yaranır?

  • PDF faylını al
 

Vergilər Nazirliyi bu məsələyə rəsmi aydınlıq gətirdi.
 
Sual: Salam. Hüquqi şəxs icarəsində və ya mülkiyyətində olan torpaq sahəsini başqa bir hüquqi şəxsə ƏVƏZSİZ olaraq kirayəyə verir. Vergitutma məqsədləri üçün bu mümkündürmü? Və, mümkündürsə, burada kirayəyə verənin bu proseslə bağlı hansı vergi öhdəliyi yaranır? Təşəkkür edirəm.
Abdullayev Hikmət

Ardını oxu...