Doğru cavab

İşçi ilə bağlanılan əmək müqaviləsi ilə bağlı maraqlı sualın cavabı?

  • PDF faylını al

 Onunla əlavə olaraq mülki müqavilə bağlamaq olarmı ki, müəyyən müddət keçməmiş işdən ayrıla bilməz?

Salam. Şirkət bir işçini işə qəbul edir. Müəyyən bahalı təlimlər keçir, bir sözlə bu işçiyə vəsait xərcləyir. İşçi isə bu biliklərə yiyələndikdən sonra işdən çıxıb daha yüksək əmək haqqı verilən işə gedir. Sualım belədir: necə tənzimləmək olar ki, belə işçi işdən çıxmasın. Onunla əlavə olaraq mülki müqavilə bağlamaq olarmı ki, müəyyən müddət keçməmiş işdən ayrıla bilməz.  
Kərim

Ardını oxu...

Əsas əmək məzuniyyətinin 21, yoxsa 30 gün olması ilə bağlı daha bir AKTUAL

  • PDF faylını al

Altay Cəfərov "Doğru cavab" rubrikasında bu sualı cavablandırır

Sual: Salam. Xahiş edirəm 1 məsələni aydınlaşdırın. Şirkətdə icarə agenti vəzifəsində çalışan işçiyə verilən əsas əmək məzuniyyəti 21, yoxsa 30 gün olmalıdır. Müddəti daxili qayda ilə 30 gün edə bilərəmmi, yoxsa belə məsələlər milli qanunvericiliklə tənzimlənir? Xahiş edirəm, bu məsələnin Nazirlər Kabinetinin hansı qərarı ilə tənzimləndiyini qeyd edərdiniz. Çox sağ olun.
Ceyhun Dövlətov

Ardını oxu...

Əmək haqqı hesablayan zaman güzəşt səhv hesablandıqda düzəliş necə aparılmalıdır

  • PDF faylını al

 "Monitor Konsaltinq" jurnalının "Doğru Cavab" rubrikasında bu suala cavab verilib

Hörmətli MKS əməkdaşları! Mən artiq 11 aydir ki güzəşt hüququ olan işçilərə əməkhaqqını 55 manat limit ilə hesablayib ödəmişəm: 510-55*14%.  Lakin 510-100*14% olmali idi. Bu halda hər işçi üçün aylıq fərq 6.30 manat, 11 ay üçün 69.30 manat edir! Maraqlıdır, dekabr ayinda 11 ay ərzində səhv hesablanmış fərqləri işçilərə qaytara bilərmi? Bu əməliyyatı aşağıdakı müxabirləşmə verməklə həyata keçirə bilərəm?

DT     KT     Məbləğ
20     70     30000
70     69.1   900
70     68.1   4200
68.1   70     69.30 (11 ay üçün fərq)
70     51     69.30

Xalid

Ardını oxu...

Əsas vəsaitə amortizasiya ayırması hesablanmasını ilə bağlı aktual sual

  • PDF faylını al

2012-ci ilin əvvəlinə əsas vəsaitin qalıq dəyəri 29 000 manat təşkil edir və müəsisə dövr ərzində (yəni may ayında) 25 000 manatlıq əsas vəsait alıb və sonra hec bir dəyişiklik baş verməyib. Mən amortizasiyanı necə hesablamalıyam?

Sual: - Müəsisəyə ilin ortasında əsas vəsait daxil olursa, ona amortizasiya ayırmaları daxil oldugu aydan hesablanmalıdır, yoxsa hesablama umumu ilə düşən norma şəklində aparılmalıdır? Sualımı daha konkretləşdirim: 2012-ci ilin əvvəlinə əsas vəsaitin qalıq dəyəri 29 000 manat təşkil edir və müəsisə dövr ərzində (yəni may ayında) 25 000 manatlıq əsas vəsait alıb və sonra hec bir dəyişiklik baş verməyib. Mən amortizasiyanı necə hesablamalıyam? Bu iki sualla bağlı daha ətraflı məlumat almaq üçün hər hansı mənbə məsləhət görsəydiniz şad olardım.

Ardını oxu...

İşçi ona verilən xəbərdarlıq razılaşmazsa töhmət qüvvədən düşür?

  • PDF faylını al

"Monitor Konsaltinq" jurnalının 52-ci sayında bu sual cavablandırılıb

Sual: Təşkilat işində yol verdiyi nöqsanlara görə işçiyə şiddətli töhmət verib və müəyyən müddət qoyulub ki, işindəki nöqsanları aradan qaldırsın. Amma işçi tərəfindən əmrə qeyd olunub ki, şiddətli töhməti qəbul etmirəm. İşçinin qeydi həmin töhmətin qüvvədən düşməsinə səbəb olur, yoxsa işçi eyni səhvləri təkrar edərsə, işdən çıxarıla bilər?
Pünhan

Ardını oxu...