Doğru cavab

Əmək məzuniyyəti zamanı əmrin verilməsi necə rəsmiləşdirilir?

  • PDF faylını al

MK jurnalının son 56-ci sayında bu məsələyə aydınlıq gətirilib.
 
Sual:  Monitor Konsaltinq,  Sizin daha bir sualı cavablandırmağınızı xahiş edirəm.  İşçi 9 may 2014 (yəni şənbə günü və ya bayram günü) tarixndən növbəti 30 təqvim günü əmək məzuniyyətinə çıxmaq üçün ərizə yazıb. Müdir dərkənarda əmək məzuniyyətinə çıxma tarixni 12 may (yəni iş günündən) yaza bilərmi?
 
Cavab: Ümumiyyətlə, işçinin əmək məzuniyyətinə göndərilməsi haqqında əmr o, məzuniyyətə çıxmamışdan 5 gün əvvəl verilməlidir. Və buradan da aydın olur ki,  işçi ərizəni ən azı 5 gün əvvəl yazmalıdır. Deməli, 9 mayda ərizə yazılıbsa, işçi ən tezi 5 gündən sonra 14 may tarixində əmək məzuniyyətinə göndərilə bilər. Ona görə də müdirin dərkənarı 12 may tarixinə qoyması düzgün deyil. Ya da siz ərizəni ən geci 7 may tarixində verməlisiniz ki,  direktor dərkənarı 12 may tarixinə qoya bilsin,  7 mayda da əmr verilsin. 

Ardını oxu...

Təhsil müddətinin əmək pensiyasında nəzərə alınması ilə bağlı DSMF və ekspertimizin mövqeyi

  • PDF faylını al

"MK" jurnalının eksperti, sərbəst auditor Altay Cəfərovdan bu məsələ ilə bağlı izahlı cavab
 
 
Sual: DSMF-ə təhsil müddətimin iş stajıma əlavə olunması ilə bağlı müraciət etdim və aşağıdakı cavabı aldım.
Sizdən xahiş edirəm bu məsələni araşdırmaqda mənə kömək edəsiniz
 
Arif Bağırov
 
Salam hörmətli cənablar,
Mən e-gov.az portalından (DSMF hissəsində) mənə məxsus olan 402196800615 №-li dövlət sosial sığorta kart üzrə 2006-cı ilə qədər olan iş stajım haqqında məlumatı əldə etdim.
Orda mənim 2006-cı ilə qədər iş stajım 17 il 1 ay göstərilib. Mən bu məlumatı müəssisəmizdə olan  “ staj proqramı”  ilə tutuşdurdum.
Və gördüm ki mənim iş stajıma 4 il 9 ay təhsil müddətim ( 01.09.1989-01.06.1994 ) əlavə olunmayıb.
Hüquqşünaslar bunun düzgün olmadığını bildirirlər.
 
Sizdən xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz.
  Hörmətlə, Arif Bağırov
  
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş müraciətinizə Fondun Əmək pensiyaları şöbəsində baxılmışdır.
       Bildiririk ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsilə tənzimlənir. Həmin maddədə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır.
       Nəzərə almağınızı xahiş edirəm.
 
Aparatın rəhbəri vəzifəsini
       müvvəqqəti icra edən                                                                 Ş. Quliyev
 
Cavab: Bu kimi suallarla bağlı müəyyən fikirlərimi bildirmişəm. Daha doğrusu, oxucular əmək stajı ilə sığorta stajının fərqləri barəsində aydınlıq gətirməmi istəyiblər.

Ardını oxu...

Əmək müqaviləsinin xitamı ilə bağlı maraqlı sual

  • PDF faylını al

Şirkət bir işçini işə qəbul edir. Müəyyən bahalı təlimlər keçir, bir sözlə bu işçiyə vəsait xərcləyir. İşçi isə bu biliklərə yiyələndikdən sonra işdən çıxıb daha yüksək əmək haqqı verilən işə gedir. Sualım belədir: necə tənzimləmək olar ki, belə işçi işdən çıxmasın.
 
 
Salam. Şirkət bir işçini işə qəbul edir. Müəyyən bahalı təlimlər keçir, bir sözlə bu işçiyə vəsait xərcləyir. İşçi isə bu biliklərə yiyələndikdən sonra işdən çıxıb daha yüksək əmək haqqı verilən işə gedir. Sualım belədir: necə tənzimləmək olar ki, belə işçi işdən çıxmasın. Onunla əlavə olaraq mülki müqavilə bağlamaq olarmı ki, müəyyən müddət keçməmiş işdən ayrıla bilməz.  
Kərim

Ardını oxu...

Vəzifə dəyişikliyi ilə əlaqədar əmək məzuniyyətinin hesablanması ilə bağlı aktual sual

  • PDF faylını al

 "MK" jurnalının eksperti Altay Cəfərovdan misallı izah
 
Sual: Birinci iş ili 01.10.2013-01.10.2014 olan işçi məzuniyyətə 01.04.2014-cü ildə cıxmışdır (30 gün müddətinə).  03.05.2014-cü ildə işçi yeni vəzifəyə təyin edildiyindən onunla yeni əmək müqaviləsi bağlanmış və məzuniyyət üçün birinci iş ili 03.05.2014-03.05.2015 göstərilmişdir.  Bu zaman işçinin may ayındakı əməkhaqqından işləmədiyi dövr üçün hesablanmış məzuniyyət haqqını çıxmalı və ya düzəlişi aprel ayı üçün edib həmin ay üçün dəqiqləşdirilmiş bəyannamə vermək lazımdır? (01.10.2013-01.10.2014 dövrü üçün - 30/12*6 ay=15 günün məzuniyyət haqqı)?
Elşən

Ardını oxu...

İcarə fəaliyyəti ilə bağlı maraqlı 3 sualın cavabı

  • PDF faylını al

Əgər icarəyə vermək sahibkarlıq fəaliyyəti  hesab olunursa, nəyə əsasən sahibkarlıq, kommersiya fəaliyyəti ilə məşğul olmağın qadağan edildiyi  bir sıra dövlət qulluqçularına  əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürməyə icazə verilir?
 
 
Sual: Salam. Sizə bir neçə sual ünvanlamaq istərdim.
1. Hüquqi və ya fiziki şəxsin icarəyə əmlak (daşınmaz) verməsi sahibkarlıq fəaliyyəti hesab olunurmu?
2. Əgər hesab olunmursa, onda nəyə istinadən fəaliyyəti yalnız əmlak icarəyə verməkdən ibarət olan hüquqi şəxsin ƏDV ödəyicisi olması istənilir? Axı, Vergi Məcəlləsinin 155.1.-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olan şəxslərin belə ödəyici olmalı olduğu göstərilir. 
3. Əgər icarəyə vermək sahibkarlıq fəaliyyəti  hesab olunursa, nəyə əsasən sahibkarlıq, kommersiya fəaliyyəti ilə məşğul olmağın qadağan edildiyi  bir sıra dövlət qulluqçularına  əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürməyə icazə verilir?
Əvvəlcədən təşəkkür edirəm.
Novruz

Ardını oxu...