Doğru cavab

Tibbi arayış əsasında işə gəlməmək olar?

  • PDF faylını al

"Monitor Konsaltinq" jurnalının eksperti bu məsələyə aydınlıq gətirir.
 
Sual: Salam, bilmək istəyirəm ki, bülettenə çıxanda əmək stajıma görə mənə maaşın 60 faizi ödənilir. Ancaq tibbi arayışa görə heç bir maaş hesablanmır və heç bir ödəniş edilmir. Bu, doğrudur?
Elçin Şəkərov
Cavab: Bu haqda "Əmək Münasibətləri: A-dan Z-yə" kitabında və əvvəlki buraxılışlarımızda məlumat vermişik. Bildirim ki, Nazirlər Kabinetinin qərarına əsasən, əmək qabiliyyətinin itirilməsinə görə müavinət (sizin qeyd etdiyiniz bülleten pulu) ancaq xəstəlik vərəqəsinə görə verilir. Xəstəlik vərəqəsi də ciddi hesabat sənədidir. Tibbi arayışa görə isə heç bir ödəniş aparılmır. Sizin qeyd etdiyiniz kimi bülleten əsasında müavinət ödənilir.

Ardını oxu...

Vergilər Nazirliyindən fiziki şəxsin əmək müqaviləsinin qeydiyyatına aydınlıq

  • PDF faylını al

Mənə işçilərlə əmək müqaviləsinin bağlanması ilə bağlı müraciət gəlib. Mənim isə işçim yoxdur. Belə olduqda mən nə etməliyəm?
 
Sual: Mən sadələşdirilmiş vergi ödəyicisiyəm. Mənə işçilərlə əmək müqaviləsinin bağlanması ilə bağlı müraciət gəlib. Mənim isə işçim yoxdur. Belə olduqda mən nə etməliyəm?
Zülfiyyə İbrahmova
 
Cavab: Bildiririk ki, işəgötürən tərəfindən yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilməlidir.
İşçisi olmayan fərdi sahibkarlar tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi nəzərdə tutulmamışdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

Ardını oxu...

Vergilər Nazirliyindən vergi ödəyəcilərini sevindirəcək XƏBƏR!!!

  • PDF faylını al

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov vergi ödəyicilərinin işini yüngülləşdirəcək açıqlama verdi.
 
 
Sual: Bu gün sahibkarları narahat edən məsələlərdən biri də mövcud təcrübədə vergi qanunvericiliyi sahəsində yaranmış mübahisəli halların onlara izah edilməsidir. Bu məsələ ilə bağlı hansı işlər görülür?
Cavab: Vergi Məcəlləsində vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh olunması öz əksini tapıb. Qanunvericilik Vergi Məcəlləsinə rəsmi şərhlərin hazırlanmasını zəruri edir. Vergilər nazirinin əmrinə əsasən Vergi 

Ardını oxu...

Nizamnamə kapitalının artırılması ilə bağlı maraqlı sual

  • PDF faylını al

"MK" jurnalının eksperti Altay Cəfərov bu məsələyə aydınlıq gətirir.
 
Sual: Salam, sualım bank olmayan kredit təşkilatı MMC-yə aiddir. MMC-nin təsisçisi bir nəfərdir. Təsisçi müəssisənin nizamnamə kapitalını artırıb. Bir müddət sonra, zərurət yarandıqda təsisçi nizamnamə kapitalının minimum həddini gözləmək şərtilə nizamnamə kapitalından hər hansı bir  həcmdə vəsaiti götürə bilərmi, yəni nizamnamə kapitalını azalda bilərmi? Əgər mümkündürsə, bu proses necə olmalıdır? Xahiş edirəm, nəzərə alasınız ki, bu, bank olmayan kredit təşkilatı, MMC ilə bağlı sualdır.
 
Füzuli Zahidov
Cavab: Hər bir hüquqi şəxs nizamnamə kapitalını artıra və azaldı bilər. Bu proses Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-cı maddəsi ilə ilə tənzimlənir.
Maddə 90. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı

Ardını oxu...

Əyani təhsil alanın təhsil məzuniyyəti necə tənzimlənir?

  • PDF faylını al

Əmək Məcəlləsindən çıxarışla sualın cavabı
 
Sual: Salam. Mən cəmi bir aydır ki,  dövlət müəssisəsində işləyirəm. Eyni zamanda 1 kursda əyani magistr təhsili alıram. Bilmək istərdim ki, imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq mənə təhsil məzuniyyəti düşürmü, və bu məzuniyyət müddəti mən əməkhaqqı almalıyammı?  Əvvəlcədən təşəkkür edirəm.
Ceyran
 
Cavab: Sualınızın cavabı Əmək Məcəlləsinin 124-cü maddəsindədir. Həmin maddənın uyğun hissəsinə nəzər salaq.
Maddə 124. Təhsil məzuniyyətlərinin müddətləri
1. Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.  

Ardını oxu...