Maliyyə xəbərləri

Depozit qoymaq istəyənlərin nəzərinə! 30 000 manatı necə mənimsədilər

  • PDF faylını al

Baş Prokurorluq bu gün depozitlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki,  Bakı sakini Oqtay Cəfərovun «Royalbank»a depozit yolu ilə qoyduğu 30 min manat pul mənimsənilib. Mənimsəmə faktı pulunu geri ala bilməyən O.Cəfərovun Yasamal rayon Məhkəməsinə müraciətindən sonra üzə çıxıb. Məlumatda qeyd olunur ki, həmin pul 2009-2010-cu illərdə bankın Yasamal filialının keçmiş vəzifəli şəxsləri tərəfindən  saxta imzalarla  mənimsənilib. Cinayət işi açılıb, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılır.

Mərkəzi Bankın rəhbəri dövlət büdcəsindən sosial ipoteka üçün ayrılan vəsaitin 4 dəfə artırılmasını istəyib

  • PDF faylını al

Milli Məclisdə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib ki, 2012-cini dövlət büdcəsində sosial ipotekaların verilməsi üçün nəzərdə tutulan məbləğ 4 dəfə artırılmalıdır: “Sosial ipotekalar üçün büdcədə nəzərdə tutulan məbləğ 80 milyon manatadək artırılmalıdır.

 

Ardını oxu...