Maliyyə xəbərləri

“Texnikabank” ASC-nin Muşahidə Şurasının yeni üzvləri məlum oldu

  • PDF faylını al

“Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası yeni tərkibdə təsdiq edilib. Bankdan  verilən məlumata görə, bu gün keçirilən Səhmdarların Növbədənkənar Ümumi Yığıncağında Müşahidə Şurasının yeni tərkibini təsdiq edilib.

Ardını oxu...

Maliyyə Nazirindən sabahdan qaytarılacaq əmanətlərlə bağlı son açıqlamalar

  • PDF faylını al

 İyunun 1-dən Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş və keçən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş yüksək inflyasiya nəticəsində dəyərdən düşmüş bank əmanətlərinin qaytarılması prosesinə başlanacaq.

Ardını oxu...

Azərbaycanda hansı bank kreditlərin telefon vasitəsilə ödənişini tətbiq edib?

  • PDF faylını al

Azərbaycan bankı "AccessBank" yeni xidmətin işə salındığını elan edib. Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu xidmət vasitəsilə kredit müştəriləri bir neçə dəqiqə ərzində, sadəcə, bankın ümumi zəng mərkəzinə *0151 nömrəsinə zəng vurmaqla öz kreditlərini ödəyə bilərlər.

Kreditin tam və ya qismən ödənilməsini həyata keçirmək üçün "AccessBank" plastik kartının mövcudluğu tələb olunur.

Ardını oxu...

Krediti qaytarmamaqda Bakını da geridə qoyan region hansıdır?

  • PDF faylını al

Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-ECONOMICS»ə verilən məlumata görə, 2011-ci ilin dekabrın 1-ə ölkə üzrə problemli kreditlərin həcmi 636,677 mln. manat təşkil edib. Problemli kreditlərin 531,169 mln. manatı Bakı şəhəri, 105,509 mln. manatı regionların payına düşür. Kredit portfelinin həcmini nəzərə aldıqda, paytaxtda problemli kreditlərin payının 6,2%, regionlarda isə 8,4% təşkil etdiyini görürük.  Kreditlərin qaytarılmasında ən pis vəziyyət Yuxarı Qarabağ iqtisadi rayonunda yaranıb. AMB-dən bildirilib ki, bu iqtisadi rayonda verilən kreditlərin 14,2%-nin vaxtı keçib (1,517 mln. manat). Problemli kreditlərin payına görə sonrakı yeri Abşeron iqtisadi rayonu tutur – burada vaxtı keçmiş kreditlərin həcmi 29,665 mln. manat və ya 10,6% təşkil edir. Sonrakı yerlərdə Dağlıq Şirvan (ümumi kredit portfeli – 31,591 mln. manat, vaxtı keçmiş kreditlər - 10,4%), Lənkəran (portfel – 116,974 mln. manat, problemli kreditlər - 9,3%), Şəki-Zaqatala bölgəsi (portfel – 102,208 mln. manat, problemli kreditlər - 9,2%)

Ardını oxu...

KİÇİK SAHİBKARI BÖYÜYÜNDƏN NECƏ FƏRQLƏNDİRMƏLİ?

  • PDF faylını al

İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarları sonuncu dəfə 2009-cu ildə 18 dekabr tarixində dəyişdirilib.Belə ki, Nazirlər Kabinetinin 2004- cü il 20 aprel tarixli 57 nömrəli qərarına edilən dəyişiklik nəticəsində artıq aşağıdakı cədvəlin göstəriciləri əsasında kiçik sahibkarlıq subyektləri müəyyən olunacaq. Qeyd edək ki, sahibkarlıq subyektinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır. Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün isə 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin say meyarı əsas götürülür. Bundan əlavə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin kiçik sahibkar kimi müəyyənləşdirilməsində illik dövriyyə meyarı əsas götürülür.
İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri

Sahibkarlıq kateqoriyası    İşçilərin orta siyahı sayı (nəfər)    İllik dövriyyə (ƏDV, aksiz daxil olmadan)

Sənaye və tikinti                        < 50                                           ≤ 500 min manat

Kənd təsərrüfatı                        < 25                                            ≤ 250 min manat

Topdansatış ticarət                   < 15                                            ≤ 1 mln. manat

Pərakəndəsatış ticarət,
nəqliyyat, xidmət və digər
iqtisadi fəaliyyət növləri             < 10                                             ≤ 250 min manat