Ümumi iqtisadi xəbərlər

Daşınmaz əmlakdan tutulan vergi ilə bağlı daha bir MARAQLI HESABLAMA

  • PDF faylını al

Bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların hansı yalnız vergidən azaddır?
 
Bir neçə gün öncə mənzil alqı-satqısı prosesinə bir sıra dəyişiklik olub. Belə ki, artıq mənzilini 3 ildən tez satanlardan vergi tutulacaq. Vergilər naziri Fazil Məmmədov daşınmaz əmlakın alqı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasına münasibət bildirərkən deyib: “Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Sadəcə, bunun uçotu aparılmırdı”. 
 
 
Vergilər Nazirliyinin yaydığı məlumatdan aydın olur ki, mənzil və evlərin satışı zamanı əldə edilən gəlirdən vergi, fiziki şəxslərin gəlir vergisi formasında tutulacaq. Yəni, 30 min manata qədər gəlir 14 faizlə, 30 min manatan artıq hissə isə 25 faizlə vergiyə cəlb ediləcək. Məsələn, 50 min manata alınmış mənzil 100 min manata satılırsa, əldə edilən 50 min manat gəlirdən vergi tutulur. Bu məbləğin ilk 30 min manatından 14 faizlə vergi tutulur (4200 manat), sonrakı 20 min manat isə 25 faizlə vergiyə cəlb edilir (yəni 5 000 manat). Başqa sözlə 50 min manatlıq gəlirdən tutulan vergi 9,2 min manat təşkil edir və s. Mənzil satışından əldə eilən gəlir məsələn 10 min manatdırsa, bu zaman həmin məbləğ 30 min manatdan az olduğuna görə, 14 faizlə vergiyə cəlb edilir və 1400 manat vergi tutulur.
 
Əmlak satışından əldə edilən gəlirdən vergi tutulmasını nəzərdə tutan Vergi Məcəlləsinin 102.1.9-cu maddəsində bildirilir ki, vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən əldə olunan gəlir vergidən azaddır. Bu isə o deməkdir ki, 3 il ərzində əsas yaşayış yeri olmayan bütün daşınmaz əmlakın satışından əldə edilən gəlir vergiyə cəlb edilməlidir. Deməli, mənzil sahibi yaşamadığı evi hətta uzun müddət bundan əvvəl almış olsa da, indi onu satanda vergi ödəməli olacaq.
 
Bunu nazirlikdə də təsdiqləyirlər. Başqa sözlə, bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların yalnız birinin - yəni vətəndaşın daimi yaşayış yeri olan mənzilin satışı vergidən azaddır. Bir şərtlə ki, həmin mənzil alınandan 3 il sonra satılsın. Şəxsin mülkiyyətində olan digər mənzillərin satışından isə vergi istənilən halda tutulacaq. Hətta alınandan 10 il sonra satılsa da. Başqa sözlə, bir neçə evi olan şəxslər mənzillərin satışı zamanı istənilən halda vergi ödəməli olacaqlar.

Ardını oxu...

Fazil Məmmədovdan evlərin satışından ƏDV tutulmasına dair açıqlama

  • PDF faylını al
Hansı hallarda ƏDV tutulması halına da aydınlıq gəldi.
 
 
Vergilər naziri Fazil Məmmədov daşınmaz əmlakın alqı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasına münasibət bildirib.
APA-nın məlumatına görə, nazir qeyd edib ki, bu prosedur ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq tənzimlənir: "Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Sadəcə bunun uçotu aparılmırdı. Bu gün isə bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirildiyi üçün və həmin notarial münasibətlər prezidentin sərəncamına əsasən Vergilər Nazirliyinə təqdim olunur. Artıq Vergilər Nazirliyində məlumat bazası var. Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulmasına ötən ilin əvvəlindən başlanılıb". Nazir bildirib ki, "əgər daşınmaz əmlakın alqı-satqısından mənfəət əldə olunacaqsa ƏDV tətbiq olunacaq, daşınmaz əmlak əvvəlki qiymətə satıldığı halda, yalnız ƏDV arasındakı fərq tutulacaq".

Ardını oxu...

Ev və torpaq almaq istəyənlər üçün VACİB XƏBƏR

  • PDF faylını al

Yeni tikililər və torpağın qiyməti haqqında açıqlama
 
2015-ci ilin yanvar ayında Azərbaycanın daşınmaz əmlak bazarında 0,18% ucuzlaşma qeydə alınıb. Bu barədə fins.az-a “MBA” Konsaltinq və Qiymətləndirmə Şirkətinin prezidenti Nüsrət İbrahimov məlumat verib.
 
Ən çox yeni tikililər ucuzlaşıb
N.İbrahimovun məlumatına görə, yanvarda yeni tikililərin qiymətində 2,7% ucuzlaşma baş verib. Nəticədə yeni tikililərdəki mənzillərin 1 m2-nin qiyməti orta hesabla 1318 dollar olub. Təkraz mənzil bazarında isə 0,6%-likm qiymət azalmasından sonra 1 m2-nin mənzil sahəsinin qiyməti 2067 dollar təşkil edib.
 
Nüsrət İbrahimov ucuzlaşmanı bazarda aktivliyin azalması, pul kütləsinin olmaması ilə izah edib: “Bir tərəfdən Rusiyadakı vəziyyətlə əlaqədar ölkəyə gələn pullar azalıb, digər tərəfdən dövlət səviyyəsində həyata keçirilən layihələr məhdudlaşdırılır, son nəticədə mənzillərə tələbat azalıb”.

Ardını oxu...

Vergilər Nazirliyinin 4 əməkdaşına rütbə verildi

  • PDF faylını al

Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisinə  3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verildi.
 
 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
 
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin:
 
Əhmədov İlqar İsmayıl oğlu - Azərbaycan Respublikası vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri;
Eyyubov Şahin İslam oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinin rəisi;
Məmmədov Elçin Fərrux oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi.

Ardını oxu...

Vergilər Nazirinin rütbəsi ilə bağlı sərəncam verildi

  • PDF faylını al

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının vergilər naziri Fazil Əsəd oğlu Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

 

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Ardını oxu...