Ümumi iqtisadi xəbərlər

Türkiyə Mərkəzi Bankın rəhbərinin səhv faiz siyasəti nəticəsində cəzalandırılması tələb olunur

  • PDF faylını al

Baş bankir iki ilədək azadlıqdan məhrum edilə bilər.
 
Ankara məhkəməsinin hakimi Şərif Aydın ölkənin Mərkəzi Bankının rəhbəri Erdem Başçıya qarşı iddia irəli sürüb. Bu barədə Fins.az "Trend"-ə istinadən xəbər verir.
 
Prokuror Başçını Mərkəzi Bankın yürütdüyü səhv faiz siyasəti nəticəsində Türkiyə vətəndaşlarına ciddi maddi ziyan dəyməsində ittiham edib.
 
Prokuror qeyd edib ki, mühakimə olunacağı halda Mərkəzi Bankının rəhbəri iki ilədək azadlıqdan məhrum edilə bilər.
 
Qeyd edək ki, fevralın 10-da Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Mərkəzi Bankının rəhbəri Erdem Başçını tənqid edib.
 
Onun sözlərinə görə, əgər Mərkəzi Bankın rəhbəri öz işinin öhdəsindən gələ bilmirsə, onda o, buna görə məsuliyyət daşıyacaq.

Ardını oxu...

Mərkəzi Bankın məzənnə siyasəti ilə bağlı məlum qərarında ekspert yanaşması

  • PDF faylını al

İqtisadçı ekspertin fikrincə, Mərkəzi Bank 2 yoldan hansını və niyə seçdi?
 
Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını şərh edən iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, iki ayda manatın saxlanmasına 2,3 milyard dollar sərf edilib: "Bu isə valyuta ehtiyatının 15 faizinə bərabər idi. Mərkəzi Bank 2 yoldan birini seçməli idi: ya manatı kəskin ucuzlaşdırmalı (təxminən 20-30%), ya da tədricən ucuzlaşdırmalı idi. Göründüyü kimi ikinci yol seçildi, çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksək idi".
 
İqtisadçı qeyd edib ki, bu gün artıq manat dollara nəzərən 0,05 faiz% ucuzlaşıb: "Bu ucuzlaşma avronun dünya bazarlarında dollara münasibətindən asılı olaraq davam edəcək".

Ardını oxu...

Mərkəzi Bankdan manat və dollarla bağlı mühüm qərar

  • PDF faylını al
Artıq bu gündən etibarən manatın dollara qarşı məzənnəsində cüzi də olsa enmə başlayıb.
 
 
Azərbaycan Mərkəzi Bankı ölkədə məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə məlumat yayıb. Bankdan fins.az-a verilən məlumata görə, AMB-nin İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.
Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcəkdir. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcəkdir.

Ardını oxu...

Vergilər Nazirliyindən ev satqısından olan vergi ilə bağlı daha bir açıqlama

  • PDF faylını al

Misal üçün, vergiödəyici torpaq sahəsini 20 min manata alıb və orada ev tikib. Daha sonra onu satmaq qərarına gəlib, evin tikinti xərcləri 30 min manatdır, torpaq sahəsi evlə birlikdə 80 min manata satılıb...
 
Vergiqoyma nöqteyi-nəzərindən, Azərbaycanda şəxsi ev və torpaq sahəsinin sahibinə onları ayrı-ayrı sənədlər üzrə satmaq daha sərfəli olacaq.
 
Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, əgər torpaq sahəsi və orada tikilən ev ümumi alqı-satqı sənədi ilə satılırsa, bu halda gəlir vergisi onların ümumi qiymətindən hesablanır: "Misal üçün, vergiödəyici torpaq sahəsini 20 min manata alıb və orada ev tikib. Daha sonra onu satmaq qərarına gəlib, evin tikinti xərcləri 30 min manatdır, torpaq sahəsi evlə birlikdə 80 min manata satılıb. Əgər o, bu evdə 3 ildən çox yaşayıbsa, onda satış zamanı gəlir vergisindən [bura onun yeganə yaşayış yeridirsə] azad edilir. Lakin onun bu evdə yaşadığı müddət 3 ildən az olarsa, onda gəlir vergisi 4,2 min manat [gəlirin məbləğinin 14 faizi] olacaq".
 
Bundan başqa, əgər satış zamanı obyektin dəyəri 120 min manatı ötürsə, onda ƏDV-nin ödənişi [18 faiz] də nəzərdə tutulur.
 
Vergi məbləğinin artırılmasından qaçmaqdan ötrü evi və torpağı ayrı-ayrı sənədləri üzrə satmaq lazım gəlir. Məsələn, torpaq sahəsini satış dəyəri 30 min manat, evinki isə 50 min manatdır. Nazirlikdən deyiblər ki, bu halda torpaqdan vergi tutulmur, evə isə 2,8 min manat məbləğində gəlir vergisi tətbiq edilir.
 
Digər mühüm məqam yeni tikililərdə alınan təmirsiz evlərə aiddir. Agentliyin müsahibinin sözlərinə görə, belə mənzili alan və onu təmir edən şəxsin əlində təmir xərclərini təsdiqləyən sənəd olmalıdır. Bu, ondan xəbər verir ki, gələcəkdə izafi xərclərdən qaçmaq üçün [mənzilin satışı zamanı] podratçı şirkətlə müqavilə bağlamaq vacibdir: "Məsələn, təmirsiz mənzil 10 min manat, onun təmiri 40 min manatdır. Mənzilin sahibi onu 80 min manata satır. Belə olan halda mənzilin və təmirin dəyərini satış məbləğindən çıxmaq [yalnız müvafiq sənədlər əsasında] lazımdır, yəni 30 min manat. Bu məbləğdən gəlir vergisi tutulacaq, yəni evin sahibi vergi ödənişi şəklində 4,2 min manat ödəməli olacaq".

Ardını oxu...

"Parabank" müştərilərə mükafat qazandırır

  • PDF faylını al

Amerika və Kanadada bank sektorunda məşhur olan bu proqram Azərbaycanda ilk dəfə Parabank tərəfindən start verildi.
 
Azərbaycanda ilk dəfə olaraq Parabank müştərilərin fikirlərini nəzərə alıb yeni bir proqram təklif edir. 1991-ci ildən etibarən Parabankın əsas strategiyalarından biri müştərilərinə yüksək səviyyədə xidmət təşkil etməkdir. 24 ildə müştərinin razılığını təmin etmək bankın əsas hədəflərindən biri olmuşdur. Bu xidməti stabil saxlamaq, zamanla yüksək səviyyəyə qaldırmaq üçün belə bir kampaniya başlamağı zəruri bilmişdir. “Müştərinin Səsi” adlanan bu proqramın əsası rəsmi facebook səhifəsində (https://www.facebook.com/Parabank) qoyulmuşdur və bu vasitə ilə müştəri birbaşa şəkildə öz təklif, narazılıq və ya şikayətini banka bildirə biləcək. Proqramın fərqliliyi ondan ibarətdir ki, şikayəti təsdiqlənmiş müştəri bank tərəfindən simvolik olaraq 10 manat məbləğində mükafatlandırılacaq. Filialların fəaliyyəti ilə bağlı şikayətlər Parabankın “Filialların idarə edilməsi və satış Departamenti”ndə araşdırılır.
 
Bununla bank həm müştərilərinə dəyər verdiyini bir daha sübut etmiş, eyni zamanda, filiallarda qeyri-müəyyən qayda pozuntularının qarşısını almış olur.

Ardını oxu...