Ümumi iqtisadi xəbərlər

Varlı HR ve mühasiblər üçün yaxşı istirahət imkanı

  • PDF faylını al

Novruz bayramı ilə əlaqədar iş günlərinin yeri deyişdirildi.

Bakı – APA. Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, qərar Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” qanunun tətbiq edilməsi haqqında” prezidentin fərmanının 2-ci hissəsinə əsasən qəbul olunub.

Ardını oxu...

Dolların hansı məbləğə qədər bahalaşacağı bilindi

  • PDF faylını al

Millət vəkili Vahid Əhmədov bu məsələni Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Alim Quliyevlə müzakirə edib.

Bu il Azərbaycanda dollar maksimum 85 qəpiyə qədər bahalaşacaq. Fins.az-ın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, bu məsələni Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Alim Quliyevlə müzakirə edib: “Onunla bu barədə danışdım, belə başa düşdüm ki, dolların qiyməti maksimum 5-7 qəpik arta bilər”.

Ardını oxu...

Hansı universtetinin tələbələri təqaüdlərini ala bilməyiblər?

  • PDF faylını al

İqtisad və Tibb Universtiteti problemin yaranmasına əsas verən səbəbi açıqladı.

Bir sıra dövlət universitetlərində təhsil alan tələbələr təqaüdlərinin gecikdirilməsindən şikayətçidir. Bu barədə “Qafqazinfo”ya məlumat verən tələbələr qeyd edir ki, onlar yanvar ayının təqaüdünü hələ də ala bilməyiblər:” Artıq fevral ayının ortalarıdır. Biz hələ də təqaüd almamışıq. İndiyə kimi bu qədər gecikdirilmə olmamışdı. Tələbələr bildirir ki, bir çoxları məhz aldıqları təqaüdlə bir sıra problemlərini həll edir”.


Məsələ ilə bağlı “Qafqazinfo” bir neçə universitetlə əlaqə saxlayaraq gecikdirilmənin səbəbini öyrənməyə çalışıb.

Ardını oxu...

Mərkəzi Bankın qərarının təsiri özünü valyuta dəyişmə məntəqələrində göstərdi

  • PDF faylını al

İqtisadçı ekspert Mərkəzi Bankın hansı addımlar atmalı olduğunu açıqladı.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank əhalının vəsaitlərinin dollarla saxlanılması hallarının çoxalması ilə bağlı tədbirlər görməlidir: "Bü gün əksər valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələr müşahidə edilir. Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarı əhali arasında əsası olmayan ciddi ajiotaj yaradıb. Əslində, Mərkəzi Bank əhali arasında yaranan panikanın aradan qaldırmaq üçün vətəndaşlara izahat verməlidir.

Ardını oxu...

Vergilər Naziri 4 rayonun vətəndaşları ilə görüşəcək

  • PDF faylını al

Fazil Məmmədovla görüşmək üçün qəbulə yazılmağın üsülü açıqlandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin fevral ayında respublikanın şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 20-də vergilər naziri Fazil Məmmədov Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: İsmət Qayıbov küçəsi, ev 15) Hacıqabul, Şirvan, Saatlı və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.

Ardını oxu...