Ümumi iqtisadi xəbərlər

İqtisad Universitetindən kreativ addım

  • PDF faylını al

Uçot-iqtisad fakültəsinin tələbəsi Qəmər Ağazadə rektor olarsa printer və yeməkxanaların sayını artıracaq.

«Dərslərarası tənəffüslər qısadır», «Dincəlmə otaqları yaradılsın», «Bufetdə qiymətlər tənzimlənsin»... Bu, hansısa aksiyanın şüarı deyil, fevralın 24-də seçki keçirən Azərbaycan Dövlət İqtisad Universitetinin rektor-tələbə namizədlərinin seçki platformasından çıxarışlardır. 15 namizədin hər biri dərslərin keyfiyyətinin artırılması ilə yanaşı, tələbələrin ürəyindən xəbər verən başqa məsələləri də vəd siyahısına artırıblar.

«Ölkədə ilk dəfədir ki, birillik müddətinə rektor-tələbə seçiləcək». Bunu AzadlıqRadiosuna müsahibəsində Tələbə-rektor Seçki Komissiyasının üzvü Ramil Cabbarov deyir.

14 MİNDƏN ÇOX TƏLƏBƏ SƏS VERİR

Universitetin bütün korpuslarında seçki məntəqələri yaradılıb. Əsl prezident, parlament seçkisində olduğu kimi, burda da seçki komissiyası, seçicilər var.

«Bu gün əyani fakültələrdə təhsil alan 14 min 400 dən çox tələbə səs verir», - Ramil Cabbarov əlavə edir.

Ali təhsil müəssisələrində tələbə həmkarlar ittifaqları, tələbə cəmiyyətləri olur. Yeni bir strukturun yaradılmasına nə ehtiyac vardı?

Ramil Cabbarov deyir ki, tələbələrin özlərini idarə edə biləcəyi sistem yaradırlar: «Həmin tələbə rektor əmək bazarının şərtlərinə cavab verən mahir, peşəkar idarəçi kimi yetişəcək. Universitet rəhbərliyi-tələbələr arasında əlaqələrin gücləndirilməsinə xidmət göstərəcək. Yəni, tələbələrdən daxil olan layihələrin, ideyaların rektorluğa çatdırılmasına tələbə-rektor yardım edəcək».

Müsahibimizin bildirdiyinə görə, elə tələbələr var ki, heç bir cəmiyyətin üzvü deyil, tələbə-rektor isə hər bir tələbəni rektorluq yanında təmsil edəcək, onun sözünü çatdıracaq.

Ardını oxu...

Səlim Müslümov əmək müqavilələri ilə bağlı münasibət bildirdi

  • PDF faylını al

"Bu günədək elə böyük saldo yoxdur"

“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib: "Milli valyutanın kursu endirilirsə, bu, büdcəyə daxilolmaların artması deməkdir. Büdcəyə daxilolmalar artırsa, belə halda hansı çətinlikdən danışmaq olar. Biz tam vaxtında bütün sosial ödənişləri yerinə yetirmişik və bundan sonra da yerinə yetiriləcək. Hər hansı bir gecikmə ola bilməz".

 Nazirliyin müvafiq qurumlarının bazarlarda monitorinqlər apardığını deyən Səlim Müslümov bildirib ki, burada əsas məqsəd Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş istehlak səbətinin tərkibinə daxil olan məhsullar və xidmətlərin qiymətinin araşdırılmasıdır: "Təəssüflər olsun ki, bazarlarda bir sıra işbazlar və dələduzlar qiymətləri süni şəkildə artırmağa cəhd göstəriblər".

Ardını oxu...

Artıq Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DSMF-ə zəng etmək daha rahat olacaq.

  • PDF faylını al

 195 Çağrı Mərkəzindən vacib addım

Fevral ayının 24-də “Exelsior” otelində Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən 195 Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov açaraq qeyd etmişdir ki, “Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün strateji plan”da sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin etmək məqsədilə Vergilər Nazirliyinin “195” nömrəli telefon məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin vahid telefon məlumat xidmətinə inteqrasiya olunmaqla, vahid “Çağrı Mərkəzinin”in təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ölkə prezidentinin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Elektron Azərbaycan” Dövlət Proqramında sahibkarlıq fəaliyyəti sahəsində digər tədbirlərlə yanaşı Universal Çağrı Mərkəzinin yaradılması da nəzərdə tutulmuşdur. Layihənin icrasına 2010-cu ildən başlanılmış və mərkəzə qoşulacaq qurumlar kimi Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyən edilmiş, Vergilər və İqtisadiyyat və Sənaye Nazirliklərinə bu qurumlara 195 cağrı mərkəzinin bazasında metodiki köməklik göstərilməsi tapşırılmışdır.

Ardını oxu...

SOCAR-dan iş qəbulu ilə bağlı vacib açıqlama

  • PDF faylını al

"Proses müvafiq komissiyalar tərəfindən tam obyektiv, şəffaf, çoxpilləli nəzarət və videoçəkilişlə həyata keçirilir"

 

SOCAR-a işə qəbulla bağlı işbazlar tərəfindən aldadılan onlarla şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, SOCAR-in Baş Ofisinin İnsan Resursları Departamentindən AzərTAc-a daxil olan məlumatda bildirilir ki, hazırda təqribən 12-15 müraciət hüquq-mühafizə orqanlarında araşdırılır və bəziləri barədə artıq tədbirlər də görülüb.

Şirkətin korporativ veb səhifəsində https://careers.socar.az//VacancyInfo.aspx?type=1“ARDNŞ-yə işə qəbul ilə əlaqədar dələduzluğa qarşı xəbərdarlıq linkinin yerləşdirilməsinə baxmayaraq, bu kimi hallar hələ də davam etməkdədir.

Ardını oxu...

Bankla bağlı əhalini sevindirəcək xəbər

  • PDF faylını al

Qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi artırıldı.

Əmanətlərin Sığortalanması Fondu əmanətlərlə bağlı məlumat yayıb.


"Qafqazinfo"ya daxil olan məlumata görə, 2015-ci il fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9%-dən 12%-ə qaldırılıb.

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırılıb.

Fondun Himayəçilik Şurası 23 fevral 2015-ci il tarixində keçirilən növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9 faizdən 12 faizə qaldırılması barədə qərar qəbul edib.

Ardını oxu...