Ümumi iqtisadi xəbərlər

Dolların bu günki məzənnəsi bilindi

  • PDF faylını al

Mərkəzi Bankın Rəsmi məlumatı

Azərbaycanda dollar bu gün bir az aşağı düşüb.  Mərkəzi Bankın məlumatına əsasən,  bugünkü məzənnəyə əsasən, 1 dollar 1,0501 manat, avro isə 1,1942 olub. Qeyd edək ki, fevralın 21-dən Mərkəzi Bankın yeni qərarı ilə dolların məzənnəsi 1,05 manat olub, avronun məzənnəsi isə 1,1950 təşkil edib.

Ardını oxu...

Ev bazarında güclü artım

  • PDF faylını al

Bəzi evlərin qiyməti 50 faiz artıb.

Mənzil bazarında bahalaşma deyil, durğunluq müşahidə olunur.

Bu sözləri Oxu.Az-a daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirdi.

“Mənzil bazarında hal-hazırda qeyri-müəyyənlikdir, yəni satıcılar hələki özlərinin qərarlarını qəbul edə bilməyiblər ki, hansı qiymətə mənzillərini satışa təklif etsinlər”- deyə, Nüsrət İbrahimov bildirir.

Ekspertin sözlərinə görə, bazarda bahalaşma müşahidə olunmayıb: “Qiymət artımı yoxdur, köhnə qiymətlər qüvvəsindədir”.
Nüsrət İbrahimov durğunluğun davam edəcəyi vaxtı da dəqiqləşdirdi: “Düşünürəm ki, köhnə qiymətlər hələki qüvvəsində qalacaq. 1-2 həftədən sonra isə bazarda müşahidə olunan durğunluq da aradan qalxa bilər, o vaxta qədər ki, tərəflər qərar qəbul etsinlər. Qeyd etdiyimiz kimi hələki hər iki tərəf gözləmək mövqeyindədirlər”- deyə, o bildirir.

Lakin onu da qeyd etməliyik ki, Azərbaycanda daşınmaz əmlakın satışı elanlarının yer aldığı Bina.Az saytından Oxu.Az-a bildiriblər ki, manatın devalvasiyasından sonra saytda elan yerləşdirmiş şəxslər çoxsaylı zənglər edərək, evlərinin qiymətini 10-15%-dək, hətta bəzən 30%-dək artırmağı istəyiblər.

Ardını oxu...

Əmanətlərin sığortalanması ilə bağlı qərar geriyə şamil olunacaq

  • PDF faylını al

Əmanətlərin Sığortalanması Fondu indiyədək faiz dərəcəsini dəyişdirəndə qərar geriyə şamil olunmamışdı.

Azərbaycanda bank əmanətlərinin sığortalanması ilə bağlı fevralın 24-də qəbul edilən yeni qərar təkcə bundan sonra yatırılan əmanətlərə deyil, indiyədək bankda olan əmanətlərə də şamil olunacaq. Bu haqda Əmanətlərin Sığortalanması Fondunun (ADİF) ölkə banklarına göndərdiyi məktubda bildirilir. Fonddan verilən məlumata görə, 1 avqust 2013-cü il tarixdən sonra banklara qoyulan bütün 12 faizədək olan əmanətlər qorunacaq.  Bu il fevralın 24-dən qorunan əmanətlərin faiz dərəcəsi 12 faiz müəyyən edilib. Ötən ilin mayından bu dərəcə 9 faizə endirilmişdi.  Əmanətlərin Sığortalanması Fondu indiyədək faiz dərəcəsini dəyişdirəndə qərar geriyə şamil olunmamışdı.

Ardını oxu...

Mərkəzi banka dollarla kredit əldə edənlərlə bağlı 2 təklif

  • PDF faylını al

Əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə indi həmin məbləği ödəyən vətəndaşın, aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir.

Dollar ilə kredit götürənlərə güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Bu haqda iqtisadçı alim Vüqar Bayramov bildirib. O deyib ki, əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə indi həmin məbləği ödəyən vətəndaşın, aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə kredit faizlərinin ödənilməsində çətinlik yaradacaq.
Vüqar Bayramov Mərkəzi Banka təklif edir ki, dünya praktikasında belə hallarda tətbiq edilən 2 yoldan birini seçsin. Birincisi, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Mərkəz Bank bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müşəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər. Məsələn, müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və indi bu məzənnə 1.05-dək yüksəlibsə o zaman bundan sonra ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürlə bilər. Bu zaman aylıq 500 dollar ödəniş etməli olan şəxs 525 manat deyil, 460 manat ödəyəcək. Bu isə o deməkdir ki, müştəri əvvəlkinə nisbətən hər 500 dollarda 135 manat deyil, 70 manat əlavə ödəmə həyata keçirəcək. Bu həm, müştərinin yeni məzənnənin təsirindən müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin azalmasının qarşısının alınmasına imkan verəcək. Çünki bu məsələdə həm müştərilərin, həm də bankların maraqlarının qorunmasına ciddi ehtiyac var.

Ardını oxu...

Əmanətlərin Sığortalanması Fondunun direktorundan faiz dərəcəsinin artırılmasına dair açıqlama

  • PDF faylını al

Faiz dərəcəsi 9-a endiriləndə bildirmişdiniz ki, bankları yüksək faizlə əmanət cəlb etməkdən çəkindirmək istəyirsiniz. Bəs indi 12 faiz bu cəhdi yenidən stimullaşdırmayacaq?

Doqquz ay öncə qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirilmişdi. Faiz dərəcəsi 12-dən düşüb 9 faizdə qərar tutmuş, Əmanətlərin Sığortalanması Fondu faiz dərəcələrini endirməklə bankları yüksək faizli əmanət cəlb etməkdən çəkindirmək məqsədi güddüyünü açıqlamışdı. Bu il fevralın 24-dən isə banklarda yerləşdirilən, qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9 -dan 12-yə qaldırılıb.

Əmanətlərin Sığortalanması Fondunun direktoru Azad Cavadov AzadlıqRadiosuna müsahibəsində yeni qərarın səbəblərindən danışıb:

- 2013-cü ilin avqustunda qorunan əmanətlərin faiz dərəcəsi 12-dən 10-na, ötən ilin mayında isə 10-dan 9-a endirilmişdi. Sadəcə, qorunmayan əmanətlərin həcmi daha çox idi. Banklar daha yüksək faizlə əmanət cəlb etdiyindən qorunmayan əmanətin həcmi artmışdı. Buna görə də faiz dərəcəsinin artırılması məqsədəuyğun sayıldı.

Ardını oxu...