Ümumi iqtisadi xəbərlər

Dolların bügünki məzənnəsi bilindi

  • PDF faylını al

Mərkəzi Bankın məzənnəsi

Mərkəzi Bankın məlumatına əsasən, 27.02.2015 tarixinə 1 dolların məzənnəsi 1,0498 olub. Avro vər rublun məzənnəsi müvafiq olaraq 1.1771 və 0.0172 olub. Qeyd edək ki, dünən dolların məzənnəsi 1,051 olub.

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Ardını oxu...

Dollar ilə kredit götürənlər, Sizin üçün XƏBƏR

  • PDF faylını al

Mərkəzi Banka 3 təklif verildi

Dollar ilə kredit götürənlərə kompensasiyanın və ya güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Bu haqda iqtisadçı alim Vüqar Bayramov bildirib. O deyib ki, əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə indi yeni məzənnə tətbiq olunarsa həmin pulu ödəyən vətəndaşın, aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə aylıq ödənişlərdə çətinlik yaradacaq.
Vüqar Bayramov Mərkəzi Banka təklif edir ki, dünya praktikasında belə hallarda tətbiq edilən 3 yoldan birini seçsin. Əvvəlla daha yaxşı olar ki, məzənnələr arasındakı fərq Mərkəzi Bank tərəfindən kompensasiya edilsin. Nəzərə alsaq ki, Mərkəzi Bankın sözügedən fərqi kompensasiya etməsi üçün kifayət qədər rezervləri var. Bu zaman nə kredit götürən əlavə vəsait ödəyəcək, nə də bank ziyana düşəcək. Bununla da, develvasiyadan əvvəl kredit götürənlər əvvəlki məzənnə ilə ödənişlərini davam etdirəcəklər və da olduqca vacibdir. Kredit götürən şəxs pulu alan zaman aylıq ödənişlərini manatın əvvəlki məzənnəsinə əsasən hesablayıb. Yeni məzənnə nəzər alınarsa isə onun aylıq ödənişi gözlənilmədən artır. Bu da arzuolunan hal olmamaqla yanaşı, kredit qaytarılmasını sual altına alır. Buna görə də, həmin gözlənilməz xərcin Mərkəzi Bank tərəfindən örtülməsi vacibdir.
Əgər Mərkəzi Bank kompensasiya ödənişi həyata keçirməsə o zaman, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müşəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər. Məsələn, müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və indi bu məzənnə 1.05-dək yüksəlibsə o zaman bundan sonra ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürlə bilər. Bu zaman aylıq 500 dollar ödəniş etməli olan şəxs 525 manat deyil, 460 manat ödəyəcək. Bu isə o deməkdir ki, müştəri əvvəlkinə nisbətən hər 500 dollarda 135 manat deyil, 70 manat əlavə ödəmə həyata keçirəcək. Bu həm, müştərinin yeni məzənnənin təsirindən müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin azalmasının qarşısının alınmasına imkan verəcək. Çünki bu məsələdə həm müştərilərin, həm də bankların maraqlarının qorunmasına ciddi ehtiyac var.

Ardını oxu...

Qiymət qaldıranlara qarşı ilk iş açıldı

  • PDF faylını al

“Westgold”, “French Cow”  və “Oldenburger"...

Süni qıtlıq yaratma əlamətləri üzrə iş qaldırılmışdır Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.


"Qafqazinfo"ya daxil olan məlumata görə, Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib. Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan “Vest Produkt Marketinq” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Ardını oxu...

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı ƏLA YENİLİK

  • PDF faylını al

Hökümətdən gözəl layihə

Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 noyabr 2014-cü il tarixli Sərəncamdan irəli gələn vəzifələri - yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılması, şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsi və şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılması və fəaliyyətininin təmin edilməsi cari il üçün Məlumat Hesablama Mərkəzinin qarşısında duran ən vacib məsələlərdəndir.

Ardını oxu...

DSMF sədrindən pensiyaçıları ümidləndirəcək xəbər

  • PDF faylını al

"İstehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq "

"Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. DSMF sədri bildirib ki, buna görə narahat olmağa əsas yoxdur: “Bilirsiniz ki, sığorta-pensiya sistemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir çox fiskal təzyiqlərdən qorunma mexanizminə malikdir. Bunlardan biri də hər il inflyasiya göstəricisinə uyğun olaraq pensiya məbləğlərinin indeksləşdirilməsi prosesidir. Prezident tərəfindən hər il bu barədə qərar qəbul olunur. DSMF isə avtomatlaşdırılmış sistemdə pensiyaların indeksləşdirməsini aparır. Cari ildə də ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi prosesini, eləcə də fərdi hesablarda sığorta kapitallarında indeksləşdirilməni aparmışıq. Bu mexanizm özlüyündə inflyasiyanın səviyyəsindən asılı olmayaraq, eləcə də, istehlak qiymətləri indeksinin dəyişməsindən asılı olmayaraq pensiya məbləğlərinin bazar iqtisadiyyatı şəraitində fiskal təsirlərindən qorunmasını ifadə edir”.

Ardını oxu...