Ümumi iqtisadi xəbərlər

Orta təhsilin 12 illik olması təklif edildi

  • PDF faylını al

Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib.  Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2011-ci ili üzrə tələbə qəbulunun yekunlarına həsr olunan tədbirdə çıxışı zamanı deyib. M.Abbaszadə bildirib ki, bu məsələ hələ müzakirə olunur. Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov isə bildirib ki, orta təhsil pilləsinin 12 il nəzərdə tutulması mütərəqqi haldır. Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər. Hazırda Azərbaycanda orta təhsilin müddəti 11, icbari təhsilin isə 9 ildir.

Uşağın anadan olmasına görə və dəfn üçün müavinətlər artaraq nə qədər oldu?

  • PDF faylını al

Prezident sosial müavinətlərin artirilması haqqında sərəncam imzaladı

Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidenti Fərmanı imzalayıb. Fərmana əsasən  aşağıdakı sosial müavinətlərin müəyyən olunmuş məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılıb:
1.1. Aylıq müavinətlər:
1.1.1. yaşa görə;
1.1.2. əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə I , II, III qrup əlillərə;
1.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara;
1.1.4. ailə başçısını itirməyə görə;

Ardını oxu...

10 faiz artıma təqaüdlər də qoşuldu

  • PDF faylını al

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalıyıb. Sərəncama əsasən, doktorantlara, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə,

Ardını oxu...

Vergi Apelyasiya Şurası gözəllik salonun şikayətinə necə reaksiya verdi?

  • PDF faylını al

Vergi Apelyasiya Şurası dekabrın 22-də vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fərdi sahibkar Əliyeva İradə Calal qızının operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən şikayətinə baxmışdır. Şikayətdə bildirilir ki,     24 iyun 2011-ci il tarixdə özlərini təqdim etməyən iki nəfər şəxs Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 24 ünvanda yerləşən ona məxsus gözəllik salonuna daxil olmuş, heç bir sənəd təqdim etmədən nəzarət-kassa aparatından (NKA) kassa çekini götürərək salonu tərk etmişdir. Həmin şəxslər salondan kənarda kassa çekinin müştəriyə təqdim olunmamasının səbəbini soruşmuş, buna görə vergi ödəyicisinə 400 manat məbləğində cərimə tətbiq olunacağını bildirmişlər. İ.Əliyeva sonradan vergi orqanı tərəfindən cərimə olunduğu barədə bildiriş aldığını, 16 avqust 2011-ci il tarixdə 195 Telefon Məlumat Xidmətinə zəng vuraraq hadisəni olduğu kimi danışdığını, şikayətlə əlaqədar Vergilər Nazirliyinə dəvət edilərək ondan izahat alındığını,  müştəridən alınmış məbləğin NKA-ya mədaxil olunduğunu nəzərə alaraq bu məsələnin ətraflı araşdırılmasını xahiş etmişdir.

Apelyasiya Şurası müəyyən etmişdir ki, 18 fevral 2010-cu il tarixdə vergi uçotuna alınmış və fəaliyyəti bərbərxana və gözəllik salonu xidmətlərinin göstərilməsindən ibarət olan fərdi sahibkar İ.Əliyeva tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdə 2010-cu il üzrə 3024 manat, 2011-ci il üzrə isə 2551 manat gəlir əldə edildiyi göstərilmiş, müvafiq olaraq 120,96 manat və 102,04 manat vergi hesablanmışdır. Vergi Auditi Departamenti tərəfindən aparılmış araşdırmalara əsasən bu göstəricilər vergi ödəyicisinin fəaliyyət göstərdiyi ərazi və fəaliyyət növü nəzərə alınmaqla sözügedən obyektdə vergidən yayınma riskinin olduğunu göstərir .

Departamentin  22 iyun 2011-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ərazisində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə 23-30 iyun 2011-ci il tarixlərdə operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi nəzərdə tutulmuş və şikayətçinin obyektində də həmin tədbirlər çərçivəsində yoxlamalar keçirilmişdir.

Ardını oxu...

“Monitor Konsaltinq” jurnalının 30-cu sayı dərc olundu

  • PDF faylını al

“Monitor Konsaltinq” jurnalının 30-cu sayında

    “Kənd təsərrüfatına vergi güzəşti” yazısında  kənd təsərrüfatlna dövlət tərəfindən verilən güzəştinin araşdırılması həyata keçirilib:
    Qərarın yaranma tarixi və şərtləri;
    Vergi Məcəlləsi kənd təsərrüfatı məhsulları istehsalçılarına hansı güzəşt hüququ verir?;
    Güzəştli kənd təsərrüfatı məhsulları istehsalçıları hansı vergiləri ödəməlidir?;
    Kənd təsərrüfatl məhsulları istehsalçıları ƏDV əməliyyatlarına görə işlərini necə qurmalıdırlar?;
    Hansı kənd təsərrüfatl istehsalçılarına müddətli vergi güzəştləri verilməlidir?;
    Hansı hallarda kənd təsərrüfatl məhsullarının satışı kassa aparatı vasitəsilə aparılmalıdır?
    Vergilər Nazirliyi niyə güzəşt müddətinin artırılmasının əleyhinədir?

“Vergi orqanlarının hüqüqi şəxslərə yazdığı cəriməyə Konstitutsiya Məhkəməsi son qoydu” yazısında Vergi Məcəlləsinin vergi ödəyicisinin xeyrinə şərh edilən maddəsi haqqında məlumat verilib;
    “Mərkəzi Bank beş bankın bağlanması təhlükəsi ilə bağlı danışdı” yazısında ölkəmizin Baş Bankının “MK”-yə vergiyi rəsmi cavablarda bu və digər aktual məsələlərə aydınlıq gətirib;
    “Kredit mənbələrinə çıxışın alternativ yolu” yazısında debitor borclari və əqli mülkiyyət hüquqlarının girov qoyulması haqqında məlumat verilib;
    10-ə yaxın iqtisadi informasiya.

“DOĞRU CAVAB” RUBRİKASINDA (Sualları sərbəst auditor Altay Cəfərov cavablandırır)

  • Məzuniyyətin əvəzinə kompensasiya verildikdə hansı hallarda əlavə məzuniyyət nəzərə alınmalıdır?;
  • Vətəndaşa evini kirayə verdikdə vergi necə hesablanmalıdır?;
  • Hansı müəssisələrdə iş yerlərinin attestasiyası keçirilməlidir?;
  • Azərbaycan Respublikası ərazisində ezamiyyə normalarının hesablanmasının misalla izahı;
  • Sahibkarın imkanı olmadıqda büdcə qarşısında yaranan borclar necə ödənilir?.

“SIĞORTALI” RUBRİKASINDA (Sualları sığorta eksperti Eldəniz Əsədov cavablandırır)
    Fiziki və hüquqi şəxslər avtomobillərin icbari sığortası üçün nə qədər vəsait ödəyəcək?;
    İpotekalı evlər də icbari sığortalanacaq və ya mənzillər üçün icbari sığorta nə qədər olacaq?

“PSİXOLOJİ DƏSTƏK” RUBRİKASINDA (Sualları amerikalı psixoloq xanim Susan McAnich cavablandırır)
    İşdəki problemi evə gətirənləri çıxış yolu nədir?;
    Təqdimatlar və biznes görüşlər zamanı həyəcan və stressi necə aradan qaldırmaq olar?
Hormetli oxucular,‎ "Monitor Konsaltinq" jurnalinin illik abunə haqqı 30 manatdir. Həmin qiymətə jurnalın 12 sayinin operativ surətdə çatdırılması da daxildir. Qeyd edək ki, jurnalın səyyar satışı həyata keçirilmir. Regionlar ucun abunenin shertleri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 saylı telefonla və ya Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. email adressinə əlaqə nömrələrinizi göndərməyiniz kifayət edir.