Ümumi iqtisadi xəbərlər

Devalvasiyadan sonra Ev almaq və satmaq istəyənlər üçün YAZI

  • PDF faylını al

Daşınmaz əmlakın real dəyəri devalvasiyadan sonra necə olacaq

Daşınmaz əmlakın real dəyəri devalvasiyadan sonra nə qədər dəyişib?

Daşınmaz əmlakın real dəyərini qısamüddətli dövr üçün inflyasiya göstəricisi ilə uzlaşdırmaq olar. Manatın dollara nisbətən 33% devalvasiyası onun real alıcılıq qabiliyyətinin 33% aşağı düşməsi anlamına gəlmir. İnflyasiya səviyyəsi ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir, ancaq hələki ən bədbin proqnozlara əsasən ilin sonuna kimi orta hesabla 15% proqnozlaşdırılır. Əgər bu məntiqlə yanaşsaq, belə çıxır ki daşınmaz əmlakın manat ifadəsində real dəyəri ilin sonuna kimi 15% artmalıdır. Bu cür hesablamanı düzgün hesab etmək olarmı? Birmənalı olaraq yox. Çünki hazırda bazarda qiymətləri formalaşdıran digər amillər var.

Qiymətlər düşür yoxsa qalxır?
Bu sözlər hazırda çoxlarını çaşdırır. Qiymətlər dollar ifadəsində azalmağa, manat ifadəsində isə artmağa meyillidir. Buna görə də bazarda qiymət artımı dedikdə, daşınmaz əmlak obyektlərinin qiymətlərinin yalnız manat ifadəsində artımı nəzərdə tutulur.

Məntiqi itirmiş satıcılar və ya məntiqsiz hərəkət edən alıcılar...
Hazırda daşınmaz əmlak bazarında əmlak satan satıcılar devalvasiya nəticəsində manatın dəyərdən düşməsini kompensasiya etməyə çalışırlar. Bunun üçün onlar müxtəlif kombinasiyalardan istifadə edirlər. Bahalı mənzillər satanlar isə qiyməti daha az bahalaşdırırlar. Hətta bazarda elə mənzillərdə var ki, ümumiyyətlə qiyməti dəyişməyib.
Devalvasiyadan sonra daşınmaz əmlak bazarına diqqət xeyli artıb. Bu diqqət özünü daha çox qiymət sorağında göstərir. Ancaq real alqı-satqı əməliyyatlarının sayının artmasından danışmaq tezdir. Araşdırmalarımız göstərir ki, alıcı qismində çıxış edənlərin əksəriyyəti əlində külli miqdarda manat olan şəxslərdir. Onlar mənzili almaqla manatın dəyərdən düşməsini sığortalamaq istəyirlər. Ancaq hələki real tələbdən söhbət getmir. Çünki onların mənzillərin qiyməti ilə maraqlanması qəti qərara gəlmələri demək deyil. Onlar pulu dollara çevirməyi və ya banka manatla depozitə qoymağada qərar verə bilərlər. Manatı gözləyən təhlükə, yəni devalvasiya artıq baş verib və bundan sonra manatı nədən qorumaq istədikləri aydın hiss olunmur. Əldəki vəsaiti qorumaq üçün 10-15% bahalaşmış mənzilin alınmasını anlamaq olar, ancaq 25-35% bahalaşmış mənzilin alınması anlaşılan deyil. Bazarda panika azaldıqca alıcılar artıq daha məntiqli addımlar atmağa başlayacaqlar. Hər şey manatın gələcək devalvasiya gözləntilərindən asılı olacaq...

Vəsaitləri dollarda olanlar necə...?
Əllərində dolları olanlar sözsüz ki, bazardakı qiymətləri dollar ifadəsində nəzərdən keçirirlər. Dollar ifadəsində qiymətlərin enişini görən potensial alıcılar daşınmaz əmlakın hansı anda alınması haqda düşünəcəklər. Əgər məlum olsa ki, devalvasiyadan sonra qiymətlər dollar ifadəsində 10% aşağı düşub, bu halda onlar daha çox gözləmə mövqeyi tutmağa üstünlük verəcəklər. Bu halda bank depozitinə pul qoyuluşu daha cəlbedici görsənir. Bazara giriş üçün ən azı 20-25%-lik qiymət enməsi müşahidə edilməlidir.

İlin sonuna...
Fikrimizcə, daşınmaz əmlak bazarında ilin sonuna kimi qiymət dəyişikliyi devalvasiyadan sonrakı dövrdə aşağıdakı ssenari üzrə ola bilər:
Dollarla ifadə olunmüş qiymətlər üzrə: 10% - 25% enmə. Ən çox enmə likvidliyi aşağı olan obyektlərdə olacaq.
Gözlənilməz hadisələr olmayacağı təqdirdə manatla ifadə olunmüş qiymətlər üzrə: 11% - 27% artım. Ən çox artım yüksək likvidliyə malik əmlaklar üzrə olacaq.
P.s.: Bazardakı mövcud qiymətlərə dair düzgün məlumatlar mövcud deyil. İstisna deyil ki, qiymətlər artıq yuxarıda göstərilən diapozonlara daxil olub.

Ardını oxu...

Vergilər Nazirliyindən insan resursları ilə bağlı açıqlama

  • PDF faylını al

75 nəfər  vakant vəzifələrə təyin edilmiş, 147 nəfər kadr ehtiyatına daxil edilmiş olunmuş və 100 nəfər könüllünün vergi orqanlarında istehsalat təcrübəsi keçmələri təşkil olunmuşdur.

Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma,  işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi,  idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri 2014-cü ildə də davam etdirmişdir.  

“Vergi orqanlarında insan resurslarının inkişafına dair 2014-cü il üçün Tədbirlər Planı”nın icrası məqsədilə hesabat dövründə Vergilər Nazirliyinin nümayəndə heyətinin Sinqapur Daxili Gəlirlər Xidmətinə, Çinin Fujian əyalətinin Fujou şəhərinə səfərləri təşkil edilmiş, insan resurslarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elektron tədris sahələri ilə bağlı təcrübə mübadiləsi aparılmışdır.

Vergilər Nazirliyinin bütün struktur vahidlərinin şəxsi heyətinə və rəhbər vəzifəli şəxslərinə etik davranış mövzusunda təlimlər keçirilmiş, vergi orqanı əməkdaşlarının vergi ödəyiciləri və vətəndaşlarla münasibətdə etik davranış normalarının pozması ilə əlaqədar Nazirliyə daxil olmuş şikayətlər, onların həlli yolları və 2015-ci ildə bu sahədə görüləcək işlərlə bağlı müzakirələr aparılmışdır.

Orta menecer (şöbə rəisi) vəzifələrinə təyin olunmaq üçün daxili müsahibə qaydaları işlənib hazırlanmış, “Dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün keçirilən müsahibə Qaydaları” təsdiq olunmuşdur.

Hazırda Avropa İttifaqının “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi davam edir və layihənin tərəfdaş ölkələri olan İspaniya və Fransanın bu sahədə mövcud təcrübəsi nəzərə alınmaqla 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.

2014-cü ildə vergi orqanı əməkdaşlarının attestasiyası keçirilmiş, attestasiyada iştirak etmiş 1300 nəfər əməkdaşdan 1274 nəfəri tutduğu vəzifədə saxlanılmış, 17 nəfər 1 ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifədə saxlanılmış, 9 nəfər tutduğu vəzifəyə uyğun hesab olunmayaraq aşağı vəzifəyə keçirilmişdir.

Ardını oxu...

İpoteka krediti ilə bağlı diqqətcəlb edən ödəniş

  • PDF faylını al

Beynəlxalq sığorta” şirkəti necə 30 728 manat ödəniş etdi?

“Beynəlxalq sığorta” şirkəti yanvar ayında böyük ödəniş edib. Şirkətdən fins.az-a verilən məlumata görə, sığorta ödənişi ipoteka kreditinin  sığortası üzrə verilib. Hadisə ötən il   fevralın 23-də Həzi Aslanov metrosunun yaxınlığında baş verib. “Vaz 2107” avtomobilinin sürücüsü  avtomobili dirəyə çırpıb. Nəticədə ağır xəsarət alan sürücü müvəqqəti olaraq əmək qabiliyyətini itirib. Sığorta şirkətinin hesablamalarına görə, sürücü 260 gün ərzində işləyə bilməyəcək. Eyni zamanda sürücünün hər gün üçün 118 manat ipoteka ödənişi olduğunu nəzərə alaraq sığorta şirkəti sürücünün ipoteka krediti üzrə 30 728 manat sığorta ödənişi edib. Kreditin ümumi məbləği isə 43 min manat təşkil edir.

Ardını oxu...

8 marta görə kefi pozulan kişilər üçün ŞAD XƏBƏR

  • PDF faylını al

Xanımların hesabına 3 gün ardıcıl iş olmayacaq.

8 Mart – Beynəlxalq Qadınlar günü ilə bağlı Azərbaycanda istirahət və iş gününün yeri dəyişdirilib.

8 Mart – Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.

Həmin gün bu il bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 9 mart qeyri-iş günü elan edilib.

Beləliklə, 7 mart tarixi də şənbə gününə təsadüf etdiyi üçün, 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Ardını oxu...

Gənc ailələr üçün ipoteka güzəştləri təklif olunur

  • PDF faylını al

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) təkliflər

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) güzəştli ipoteka kreditinin maksimal məbləğinin mənzil bazarının real tələbinə uyğun artırılmasını təklif edir.

Fins.az “Report”a istinadən xəbər verir ki, Ombudsmanın 2014-cü il üçün illik hesabatında vurğulanıb ki, gənc ailələr tərəfindən ödənilməli olan ilkin məbləğ minimuma endirilməli və ya ləğv edilməli, kreditin ödənilməsi müddəti uzadılmalı, faiz dərəcəsi aşağı salınmalı, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik olan şəxslərin siyahısı genişləndirilməlidir.

Ardını oxu...