Ümumi iqtisadi xəbərlər

İnsan Resursları Mütəxəssisinin Yetişdirilməsi Programı

  • PDF faylını al

Təlimi bitirən hər kəs Sertifikatla təltif olunacaq.


İnsan Resursları Mütəxəssisinin Yetişdirilməsi Programı
İnsan Resursları Akademiyası

Təlimin adı: İnsan Resursları Mütəxəssisinin Yetişdirilməsi Programı

Mətn:

Əmək Məcəlləsinin və Kadr Kargüzarlığının Praktiki Təlimi

Siz bu təlimdə İştirak etməklə Əmək Məcəlləsini və Qanunvericiliyini dərindən mənimsəyəcək, Kadr Kargüzarlığının əsəslarını öyrənərək yeni bir peşəyə yiyələnəcəksiniz.
Əgər bu sahədə işləyirsinizsə, biliklərinizi təkminləşdirərək daha da peşəkarlaşacaqsınız.

Təlim 3 dərsdən ibarətdir. Her dərs həftənin bazar günü olmaqla, 4 saat müddətində tədris olunacaq. Təlimin ümumi müddəti 12 saatdır.

Təlim Bank sektorunda İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışan Nərgiz İbrahimova tərəfindən tədris ediləcəkdir.

Təlimi bitirən hər kəs Sertifikatla təltif olunacaq.

Tədris proqramı;

1-ci dərs

    AR Əmək Məcəlləsinə giriş. İşçi və İşəgötürən
    Əmək müqaviləsi, əmək müqaviləsinin növləri və əmək müqaviləsinin rəsmiləşdirilməsi
    Vəzifə təlimatı əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olaraq
    İşə qəbulun rəsmiləşdirilməsi, kadr uçotunun aparılması
    Əmək müqaviləsinə əlavə dəyişikliklərin rəsmiləşdirilməsi
    Əmrlərin növləri
    İşə qəbul barədə
    İşdən azad olunmaq barədə
    Daimi başqa işə keçirilmə barədə
    Müvəqqəti başqa işə keçirilmə barədə
    Həvalə
    İntizam tənbehi barədə
    İşdən azad olunma barədə əmrin hazırlanması
    Əmək müqaviləsinə xitam verilməsinin əsasları
    Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası və əsasları
    Əmək müqaviləsinin İşəgötürən tərəfindən ləğv edilməsinin qaydası və əsasları
    Əmək vəzifələinin kobud şəkildə pozulması halları
    Praktik məşğələ (Case studies)

Ardını oxu...

Bank of Baku-dan dollar ödənişləri ilə bağlı təqdirəlayiq addım

  • PDF faylını al

Bank of Baku çoxsaylı müraciətləri nəzərə alaraq bu fərqləri öz hesabına geri qaytardı

Bank of Baku məzənnənin dəyişməsi nəticəsində əlavə silinmiş məbləğləri geri qaytardı!
Bildiyiniz kimi, ABŞ Dollarının və Avronun manata qarşı bahalaşması zamanı əvvəlki tarixlərdə kartlarla xarici valyuta ilə aparılmış əməliyyatlar əvvəlki əməliyyat tarixinə olan məzənnə ilə hesablanmışdır, lakin Bankla tərəfdaşları arasında hesablaşma tarixləri artıq bahalaşma baş vermiş tarixlərə təsadüf etdiyindən, əlavə məbləğlərin silinməsi baş vermişdir. Bununla bağlı, son günlər Banka daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, plastik kartlarla xarici valyutada edilən əməliyyatlara aydınlıq gətirmək istərdik.
Bütün beynəlxalq ödəmə kartlarının şərtlərinə əsasən, müştərilərlə hesablaşma, Bankın ticarət müəssisəsini xidmət edən Bankla hesablaşdığı günün məzənnəsinə uyğun olaraq, banka göndərilən maliyyə məktubu əsasında aparılır. Yəni, müştəri ödəniş etdiyi gün ödənişi özünün xidmət olunduğu bank tərəfindən qəbul edilsə də, Bank xarici Bankla hesablaşmaq üçün maliyyə məktubunu gözləyir. Bu məktub 45 günədək göndərilə bilər və göndərildiyi günün məzənnəsinə uyğun hesablaşma aparılmalıdır. Bu dünya təcrübəsidir və bütün bankların plastik kartları ilə əməliyyatlar eyni qaydada aparılır.

Ardını oxu...

"AZƏRSUN" Holdinqdən əhali üçün BƏD XƏBƏR

  • PDF faylını al

Abdülbari Gözəl qiymətlərin necə faiz artırılması ilə bağlı açıqlama verdi.

Azərbaycanda əsas qida məhsullarının istehsalı ilə məşğul olan “Azersun Holdinq” manatın kəskin ucuzlaşdırılmasından əziyyət çəkir. Fins.az-ın məlumatına görə, bu barədə III Beynəlxalq “Caspian Energy Forum-2015”də şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdülbari Gözəl məlumat verib. Bununla belə, onun sözlərinə görə, rəhbərlik etdiyi holdinqin xarici bazardan asılılığı yarıbayarıdır. Buna görə də, istehsal edilən məhsulların qiyməti dolların bahalaşması qədər, yəni 34% deyil, təxminən 15-17% artacaq.

Ardını oxu...

Hüquqi şəxsin ləğvi prosesi: A-DAN Z-YƏ

  • PDF faylını al

Vergilər Nazirliyindən hüquqi şəxsin ləğvi ilə bağlı suala izahlı cavab

Salam! Hüquqi şəxsin ləğvi üçün hansı sənədlər və nə vaxt vergi orqanına təqdim olunmalıdır? Həmçinin müəssisənin (hüquqi şəxsin) balansında daşınan və daşınmaz əmlak varsa, bu halda müəssisə ləğv olunduqda hansı şəkildə vergi ödənilməlidir? Bundan başqa ləğv edilmiş hüquqi şəxsin balansında olan daşınmaz əmlakın təsisçinin adına rəsmiləşdirilməsi hansı qaydada aparılmalıdır? Əvvəlcədən təşəkkür edirəm.
Vasif Tağıyev
Cavab: Bildiririk ki, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
Hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə hüquqi şəxs ləğv edildikdə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir.
Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi) təyin edilir, ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.
Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.
Kommersiya hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində təsisçi yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən imzalanmış ərizəyə ləğvetmə qərarını, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, Vergilər” qəzetində hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü əlavə etməklə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.
Təqdim edilmiş sənədlər qanunvericiliyə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir.
Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün müvafiq vergi orqanına ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədi, hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əslini və üzərində “ləğv prosesindədir” yazılmış möhürü təqdim etməlidir.
Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra müvafiq vergi orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, ərizəni aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir.
Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.

Ardını oxu...

Dolların bu günə məzənnəsi məlum oldu

  • PDF faylını al

Mərkəzi Bankın rəsmi məlumatı

Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi bahalaşıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 10 mart tarixində dolların rəsmi məzənnəsi 1,0491 manat təşkil edib. Bu martın 6-da olan məzənnədən 0,0001 manat və ya 0,01% çoxdur.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0239 manat və ya 2,07% ucuzlaşaraq 1,1327 manat olub.

Ardını oxu...