BAŞLANDI! Bu gündən Sovet vaxtindan banklarda qalan əmanətlərin verilməsi başlayır

  • PDF faylını al

 

İyunun 1-dən Azərbaycanda keçmiş SSRİ Əmanət bankının Azərbaycan şöbəsinin 1992-ci il yanvarın 1-i üzrə əmanətçilərinə birdəfəlik fərdi ödənişlərin verilməsi prosesinə başlanılır. 
Bankın ödənişlərin verilməsi mərkəzi rəhbərinin müavini Fərhad Adıgözəlovun sözlərinə görə, ödəniş 143 məntəqədə həyata keçiriləcək. Onların 78-i rayonlarda yerləşir.
«Həmin məntəqələrdən 91-i «Kapital Bank»ın filial və şöbələrində, yerdə qalanı isə xüsusi olaraq bu məqsədlər üçün yaradılan məntəqələrdə həyata keçiriləcək. Bankın saytında bu məntəqələrin yerləşdiyi əraziləri göstərən xüsusi elektron xəritə yaradılıb», Adıgözəlov deyib.
 
Pul vəsaitlərinin verilməsi prosesi 2012-ci ilin iyununda başlayır və 2013-cü il dekabrın 31-də başa çatır.