Azqiymətli və tezköhnələn əşyaların dəyəri birbaşa xərclərə silinə bilər?

  • PDF faylını al

Bəli, mühasibat uçotu qaydalarında buna heç bir məhdudiyyət qoyulmayıb. Ən əsası odur ki, belə inventarların dəyəri çox azdır. Həmçinin, Vergi Məcəlləsində də 100 manatdan yuxarı və istismar müddəti 1 ildən çox olanlar - əsas vəsait kimi qəbul edilir.
 Belə ki, istismardan sonra (amortizasiya olunmaqla) əsas vəsaitin dəyəri 100 manatdan aşağı düşərsə, həmin əsas vəsait balansdan silinməlidir. Belə çıxır ki, 100 manatdan aşağı olan və istismar müddəti 1 ildən az olan inventarları birbaşa silmək olar. Göründüyü kimi, Vergi Məcəlləsi də belə inventarları birbaşa silməyə məhdudiyyət qoymur. Lakin bir az da dərindən baxanda aydın olur ki, bu silinmə qaydası maddi aktiv əsas vəsait kimi qəbul olunduqdan sonra tətbiq edilir. Ona görə də yaxşısı budur, inventarlar alındıqdan sonra bildirdiyim kimi ehtiyatlarda uçota alınsın və istismara yararsız hala düşəndə artıq ehtiyatlardan məsrəflərə silinsin.