Yaxşı və pis xəbər

  • PDF faylını al

Futbol həvəskarı, möhkəm dost olan 2 nəfərdən biri 76 yaşında ölüm yatağına düşür. Dostu onu yoxlamağa gəlir. Gedəndə əyilib dostunun qulağına deyir:
- Bilirsən səni necə çox istəyirəm. İmkan elə o dünyadan birtəhər xəbər göndər, bilim orda futbol oynayırlar, yoxsa yox.
Ölüm ayağında olan dost gülümsünür:
- Bir yol tapıb xəbər edərəm.
Səhərisi gün xəstə rəhmətə gedir. 3 gündən sonra sağ qalan dostunun yuxusuna girib deyir:
- Sənə bir yaxşı, bir pis xəbərim var. Yaxşı xəbərim odur ki, burda futbol oynayırlar. Pis xəbərim odur ki, sabah oyun var, qapıda da sən duracaqsan.