Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər yeni hesablar planında necə uçota alınır?

  • PDF faylını al

Hər bir müəssisənin gündəlik rastlaşdığı müxabirləşmələrdən, əməliyyatlardan biri də vergi ilə bağlıdır. Gündəlik mal satışı, gündəlik xidmət göstərilməsi və s. Bu kimi əməliyyatlar zamanı ƏDV-nin hesablanılmasına rast gəlirik.
 Həmçinin, hər ayın sonunda gəlir vergisinin, ilin sonunda mənfəətin, rüblük sadələşdirilmiş verginin, ümumiyyətlə, Vergi Məcəlləsinə əsasən, hesablanan vergilərin müxabirləşmələri də maraqlı məqamlardandır.Yeni hesablar planında bu 52 saylı maddədə olan hesablarda uçota alınır.
52. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
521. Vergi öhdəlikləri
522. Sosial sığorta və təminat üzrə öhdəliklər
523. Digər məcburi ödənişlər üzrə öhdəliklər
Hesablar planının 52-ci bölməsində və mühasibat balansının 52-ci maddəsində cari vergilər, sosial sığorta ödənişləri və digər məcburi ödənişlər üzrə hesabat tarixindən sonra 12 ay ərzində büdcəyə köçürülməli olan məbləğlər barədə ümumiləşdirilmiş məlumatlar göstərilir.
“Vergi öhdəlikləri” adlı 521 nömrəli hesabda cari vergilər üzrə hesabat tarixindən sonra 12 ay ərzində büdcəyə köçürülməli olan məbləğlər göstərilir.
“Sosial sığorta və təminat üzrə öhdəliklər” adlı 522 nömrəli hesabda Azərbaycan Respublikasının qanunlarına əsasən həyata keçirilməli olan məcburi sığorta ödənişləri üzrə hesabat tarixindən sonra 12 ay ərzində büdcəyə köçürülməli olan məbləğlər göstərilir.
521 və 522-ci hesablara daxil olmayan və hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi qanunla tələb olunan məbləğlər “Digər məcburi ödənişlər üzrə öhdəliklər” adlı 523 nömrəli hesabda göstərilir.