Vergilər Naziri öncəki vergi sisteminin əsas 5 MƏNFİ CƏHƏTİNİ AÇIQLADI

  • PDF faylını al

 Mikayıl Cabbarov Vergilər Nazirliyin öncəki rəhbərliyinin fəaliyyətinin müsbət və mənfi cəhətləri haqqında danışıb...
 
Vergilər naziri Mikayıl Cabbarov “Vergilər.Şəffaflıq.İnkişaf” adlı konfransda çıxışında  Vergilər Nazirliyin öncəki rəhbərliyinin fəaliyyətini qiymətləndirib. Vergilər naziri öncə müsbət cəhətləri haqqında fikir bildirib: "Vergilər Nazirliyi öz inkişafında böyük yol keçmiş, bu yolun həm müsbət, həm mənfi səhifələri olmuşdur. Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılmış, vergi öhdəliklərinin bütün tarixçəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılmış, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq elektronlaşdırılmış, “çağrı mərkəzi”, “bir pəncərə” dövlət xidmətlərinin əsası bu Nazirlikdə qoyulmuşdur."
Mikayıl Cabbarov öncəki sistemin mənfi cəhətləri də sadalayıb:
1) Vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi və bunun nəticəsində audit institutunun əhəmiyyətinin itirməsi;
2) Plan-proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması;
3) Neft və qeyri-neft sektorları üzərində vergi yükünün qeyri-mütənasib paylaşdırılması;
4) Özəl biznesə qarşı bugünki tələblərə cavab verməyən qəbuledilməz metodların tətbiqi;
5) Ədalətlilik prinsiplərinin pozulması, vergi ödəyicilərini “özününki” və “özgə” kateqoriyalarına bölünməsi

Vergilər naziri Mikayıl Cabbarov  “Vergilər.Şəffaflıq.İnkişaf” adlı konfransda çıxışında  Vergilər Nazirliyin öncəki rəhbərliyinin fəaliyyətini qiymətləndirib.