Vergilər Nazirindən vergi ödəyiciləri üçün ÜMİDVERİCİ ÇIXIŞ

  • PDF faylını al

"Biz kəmiyyət etibarı ilə vergi yoxlamalarını azaldacağıq"
 
Vergilər Nazirliyinin "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov çixış edib: Biz kəmiyyət etibarı ilə 
vergi yoxlamalarını azaldacağıq. Amma bu, o demək deyil ki, nəzarət zəifləyəcək". 
Onun sözlərinə görə, dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir: "İkili mühasibatlığın aparılması, gölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər". 
Nazir həmçinin deyib ki, rəhbərlik etdiyi qurum sözügedən halların qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə etməməlidir.