Vergi Konfrasında .... GÖZLƏNİLMƏZ və İNANILMAZ TƏKLİF

  • PDF faylını al

Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda konfransında ASK-nin sədri Məmməd Musayev də bu sahədə bəzi təkliflərini açıqlayıb. Bunlar aşağıdakılardır:
 
- Yeni ödəyicilər üçün ilk dəfə ödənilməyən vergiyə görə, cərimə deyil, ilk dəfə olanda xəbərdarlıq edilsin.
- Şirkətlərin kapitala yönəltdiyi vəsaitlər vergidən azad edilsin.
- Sadələşdirilmiş vergi ilə bağlı hədd indiki 200 min manatdan daha yüksək olsun.
 
M.Musayev bildirib ki, ASK-nin vergilərlə bağlı təkliflər çoxdur və buna vergilər naziri Mikayıl Cabbarovla görüşdə ətraflı açıqlayacaqlar.
Fed.az