Diqqət! İşsizlikdən sığorta haqqı ilə bağlı HESABAT forması dəyişdirildi

  • PDF faylını al

Yeni hesabat formasına əməyin ödəniş fondu ilə bağlı hansı dəyişikliklər edilib?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-2 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta üzrə rüblük heabat” forması da dəyişdirilib. 

Belə ki,  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2018-ci il 07 fevral tarixli 3-1 nömrəli qərarına əsasən təsdiq edilən “İşsizlikdən sığorta üzrə rüblük heabat” formasında “Hesabat dövrünün əvvəlinə qalıq” sətrindən əvvəl aşağıdakı məzmunda sətirlər əlavə edilib:

 

İŞSİZLİKDƏN SIĞORTA HAQQINA CƏLB OLUNAN ƏMƏYİN ÖDƏNİŞİ FONDU

1

  tarif (vəzifə) maaşı

2

  əmək haqqına əlavə

3

  mükafat

4

  işçinin əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi 
  ilə bağlı olan digər ödənişlər

 

Hesabatın yeni formasını excel formada əldə etmək istəyənlər,  HEsabat forması linkinə daxil olsun