VACİB MƏLUMAT! İşsizlikdən siğorta haqqı gecikdirildiyi halda PENYA hesablanacaq?

  • PDF faylını al

Qeyd edilən məsələ "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda necə tənzimlənir?
 
01 yanvar 2018-ci il tarixdən etibarən qüvvəyə minən "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək haqqı fondundan hesablanaraq ödənilməsi nəzərdə tutulan işsizlik sığorta haqqının ödənilməsi ilə bağlı qeyri-müəyyənlik davam edir. Belə ki, təxminən bir ay müddət keçdikdən sonra büdcə tənsifatı kodu təsdiqləndisə, indi də məlum olub ki, bəzi banklar icbari sığorta haqqı ilə bağlı ödəniş tapşırıqlarını qəbul etmirlər. Bəzi nanklar buna səbəb kimi təsnifat kodunun Mərkəzi Bankın sistemində olmamasını bildirirlər. 
 
Həmkarlarımız maraqlandıran odur ki, cari ayin icbari sığorta haqqlarınını növbəti ayın 15-dən sonra həyata keçirildikdə penya hesablanması necə həyata keçiriləcək. "İşsizlikdən sığorta haqqında" Qanunun 10-cu maddəsində qeyd edilib ki, hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir. Amma qanunun heç bir maddəsində qeyd olunmayıb ki, işsizlikdən sığorta haqqı gecikdiriyi halda penyanın hesablanması necə həyata keçiriləcək. Bu səbəbdən də,  "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunda işsizlikdən sığorta haqqının qeyd edilən tarixdə ödənilmədiyi halda penya hesablanması ilə bağlı boşluq var.
Analoji olaraq, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 21-ci, "Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları" adlı maddəsində penya haqqında konkret qeyd aparılıb. Belə ki,  "Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları" adlı maddəsinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə —gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmalıdır. Amma "İşsizlikdən sığorta haqqında" Qanunda penya ilə bağlı bü cür konkret hər hansı maddə və ya bənd yoxdur. 
 

 

 

Maddə 10. Sığorta haqqı və onun hesablanması

10.1. Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır.

10.2. Sığorta haqları üzrə vəsaitlərin toplanmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

10.3. Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir.

 

Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir.[72]