Əmək Məzuniyyəti əmrinin tarixi qanunvericiliklə necə tənzimlənir?

  • PDF faylını al

İşçinin məzuniyyətə göndərilmə tarixi və əmri necə tənzimlənməlidir? 
 
Sual:  Sizin daha bir sualı cavablandırmağınızı xahiş edirəm.  İşçi 18 yanvar 2018 tarixində növbəti 30 təqvim günü əmək məzuniyyətinə çıxmaq üçün ərizə yazıb. İşçinin məzuniyyətə göndərmə tarixi və əmri necə tənzimlənməlidir? 
Cavab: Ümumiyyətlə, işçinin əmək məzuniyyətinə göndərilməsi haqqında əmr o, məzuniyyətə çıxmamışdan 5 gün əvvəl verilməlidir. Və buradan da aydın olur ki,  işçi ərizəni ən azı 5 gün əvvəl yazmalıdır. Deməli, 18 yanvarda ərizə yazılıbsa, işçi ən tezi 5 gündən sonra 23 yanvar tarixində əmək məzuniyyətinə göndərilə bilər. 
Ümumiyyətlə, ərizənin və ya əmrin hökmən 5 gün əvvəl verilməsi məcburi deyil. Məcəllədə yazılıb ki,  ən geci əmək məzuniyyətinə 5 gün qalmış. Ona görə də ərizəni 1 ay əvvəlcə də verə bilərsiniz. Əmr də 1 ay əvvəl verilə bilər.
------------------------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub. Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.  Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz. Çatdırılma pulsuzdur. Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır.