“Kargüzarlıqdan HR idarəetməsinə gedən karyera: A-dan Z-yə” mövzusunda TƏLİMİN ilkin gündəliyi

  • PDF faylını al

Hörmətl həmkarlar, mövzularla bağlı fikirləriniz təlimçilər üçün önəmlidir

www. mks.az saytının “Öyrətmək Savab, öyrənmək Qazanc” devizi ilə “Kargüzarlıqdan HR idarəetməsinə gedən karyera: A-dan Z-yə” mövzusunda ödənişiz praktiki təlim kursunun İLKİN GÜNDƏLİYİ hazırlanıb. 2018-ci ilin fevralın ayının əvvəllərində və həftə sonlarında keçirilək 2 günlük təlimdə 4 təlimçinin aşağıdakı 6 mövzü üzrə təlimləri olacaq: 

Qeyd edək ki, hər təlimin mövzusundan sonra tapşırıqlar və qrup işi həyata keçirilməsi planlaşdırılır. 

Birinci Mövzü: İşçi ilə əmək münasibətlərinin  (əmək müqaviləsi, əmək kitabçası, SSN və s.) rəsmiləşdirilməsi və əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınması
İkinci Mövzü: İş vaxtı, əmək haqqı, məzuniyyət və əmək müqaviləsinə xitamla bağlı əmək qanunvericiliyinin tələbləri
Üçüncü Mövzü: Kargüzarlığını təşkilinin (əmr, ərizə, protokol və digər sənədlərin tərtibi) qanunvericiliyə uyğun rəsmiləşdirilməsi
Dördüncü Mövzü: İnsan resursları bölməsinin və  işçi seçimi prosesinin təşkili (işçi seçimi elanı, namizədin kriteriyalarının müəyyən olunması, müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi və s.)
Beşinci Mövzü İşçinin karyera imkanı, motivasiya və cəzalandırma tədbirləri
Altıncı Mövzü: Əmək müqaviləsinə xitam verilməsilə bağlı rəsmiləşdirmə və müavinətlərin hesablanması
 
Təlimlə bağlı hər hansı təklifləriniz və qeydləriniz olarsa, zəhmət olmasa, bildirin.
 
Hörmətlə,
www.mks.az saytı