Şəhid ailəsi əmək haqqı üzrə vergi güzəştindən narazı olduğunu bildirir

  • PDF faylını al

"Mən vergilər nazirinə də məktub göndərmişəm. Nə keçmiş, nə də indiki Nazir cavab vermir, Sizə də artıq müraciət etməkdən yorulmuşam"
 
Sual: Salam. Mən vergilər nazirinə də məktub göndərmişəm. Nə keçmiş, nə də indiki Nazir cavab vermir, Sizə də artıq müraciət etməkdən yorulmuşam. Xahiş edirəm mən şəhid ailəsi kimi əmək haqqımdan tutulan vergidən güzəştlə yox, tamamilə vergi tutulmamasını xahiş edrəm. Biz keçən il də şəhid ailələri olaraq Nazirə müraciət etmişdirk. Nə yazıq ki, cavab almadıq. Xahiş edirəm ki, 2018 ci ildə bizim üçün hansı güzəşt olacaq deyin. Sağ olun.
 
Nəzifə Cahangir İsgəndərova, Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. (12.01.2018) (Oxunub: 33 dəfə, ID: 16429)
Cavab:  Bildiririk ki, Sizin eyni məzmunlu sorğularınız 07.12.2017-ci il (İD: 16231) və 10.01.2018-ci (İD: 16415). tarixlərdə cavadlandırılmışdır.
Əlavə olaraq bildiririk ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən şəhid alilələrinə vergi güzəştinin verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
 
Redaksiyadan: Qeyd edək ki, Nəzifə xanım Vergi Məcəlləsində nəzərdə tutulan 400 manatlıq güzəştin az olduğunu öncəki müraciətlərində bildirib və təklif edir ki, şəhid ailələrinin əmək haqqısına tam olaraq vergi güzəşti tətbiq edilsin.