Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə əlavə olunan 11 növ ciddi hesabat blankı

  • PDF faylını al

Formaları əldə etmək üçün, zəhmət olmasa, təşkilatımıza bildirin ki, göndərilməsini təmin edək
 
Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2017-ci il, Q-08 saylı qərarı ilə “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilib. 
Həmin dəyişikliyə əsasən, aşağıdakı formalar əlavə olunub:
 
1) MALLARIN TƏHVİL-QƏBUL AKTI;
2) MALLARIN  ALIŞ  AKTI;
3) MALLARIN TƏSƏRRÜFATDAXİLİ YERDƏYİŞMƏSİ QAİMƏ-FAKTURASI;
4) Yük avtonəqliyyatı üçün yol vərəqi;
5) MALLARIN  QAYTARILMASI AKTI;
6) MALLARIN ANBARDAN MƏTBƏXƏ BURAXILIŞI QAİMƏ-FAKTURASI;
7) MALLARIN  MƏTBƏXDƏN ANBARA QAYTARILMASI AKTI;
8) İTMİŞ, ƏSKİK GƏLMİŞ, XARAB VƏ YA ZAY OLMUŞ VƏ OĞURLANMIŞ MALLAR BARƏDƏ AKT;
9) FÖVQƏLADƏ HALLARDA MALLARIN İTMƏSİ, ƏSKİK GƏLMƏSİ VƏ XARAB VƏ YA ZAY OLMASI BARƏDƏ AKT;
10) SATIŞIN NƏTİCƏLƏRİNƏ GÖRƏ MALLARIN (MƏHSULLARIN) SİLİNMƏSİ BARƏDƏ  AKT;
11) ALIŞ SİFARİŞİ.
 
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR
№ Q-08
 
Bakı şəhəri                                                                                          30 iyun 2017-ci il
 
“Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
 
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.20-ci bəndini rəhbər tutaraq, “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanının 5-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası
 
QƏRARA ALIR:
 
 
 
1. “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarının 1-ci hissəsində “1-56” rəqəmləri “1-67” rəqəmləri ilə əvəz edilsin və 57-67 nömrəli əlavələr təsdiq edilsin (əlavə olunur).
 
2. Maliyyə Nazirliyinin aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin və bu qərardan irəli gələn digər məsələləri həll etsin.
 
3. Bu qərarın icrasına nəzarət nazir müavini Emin Hüseynova həvalə edilsin.
 
Kollegiyanın sədri,
 
Azərbaycan Respublikasının
maliyyə naziri
Samir Şərifov