Vergilər Nazirliyinin Sədərəkdən alınan malın rəsmiləşdirilməsi ilə bağlı mövqeyi

  • PDF faylını al

Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilən "Malların alış aktı”nın (MAA-1) formasını əldə etmək istəyirsinizsə, zəhmət olmasa, müraciət edin, Sizə göndərilməsini təmin edək

Məmmədov Sahib Asim, Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. , Bakı (29.12.2017) 
 
Sual: Mən alış aktı ilə Sədərəkdən 10.000 Azn lik məbləğdə mal ala bilərəmmi? Alış aktı malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmu?
 
Cavab: Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pərakəndə ticarət və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. “Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir.
 
Bununla belə, malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin malları (vergidən azad edilən mallar istisna olmaqla, məsələn kənd təsərrüfatı məhsulları) təqdim edən şəxs üçün vergi öhdəliyinin yaranmasına səbəb olur.
 
Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidirlər.