Prezident minimum aylıq əməkhaqqını artırılması haqqında sərəncam verdi

  • PDF faylını al

Sərəncamın fərdi sahibkarın aylıq ödəniş edəciyi sosial ayırmaya təsirinin misalla izahı
 
Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib. Qeyd edək ki, hal-hazırda minimum əmək haqqı 116 manat təşkil edirdi.
Qeyd edək ki, fərdi sahibkarların aylıq sosial sığorta haqqları minimum əmək haqqıya əsasən müəyyən edilirdi. Misal üçün, Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq 23,20 (116 manat x 20%) manat məcburi sosial sığorta ayırması olaraq ödəniş edirdisə, 01 yanvar 2018-ci ildən etibarən bu məbləğ 26 manat (130 manat x 20%) təşkil edəcək.