Vergi ödəyicisi qeydiyyat ərizəsindəki fəaliyyət növündən fərqli işlə məşğul olarsa...

  • PDF faylını al

Vergilər Nazirliyi bu cür kənarlaşmanın cəzasını açıqlayır
 
Sual: Əgər müəssisənin fəaliyyət növləri arasında pərakəndə satış fəaliyyəti yoxsa, həmin müəssisə pərakəndə satışla məşğul olursa hansı cəzə tədbiri nəzərdə tutulur?
 
Zaur Süleymanov, Bakı 
 
Cavab: Bildiririk ki, vergi ödəyicisinin fəaliyyəti “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”sində göstərilməli olan məlumatdır.
Vergi ödəyicisinin uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlərdə) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bundan başqa, malların pərakəndə satışı nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə müşayiət olunduqda Vergi Məcəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq olunur.
Digər tərəfdən, mövcud qaydalara riayət etmədən pərakəndə ticarətlə məşğul olan şəxsə qarşı digər məsuliyyət təbirlərin tətbiq edilib-edilməməsi barədə əlavə məlumatı ticarətdə norma və qaydalara riayət etmə sahəsində dövlət nəzarətini həyata keçirməli olan İqtisadiyyat Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Mənbə: Taxes.gov.az